İslam təcavüzə bəraət verirmi?

Özgəcanın nə geyinməsindən aslılı olmayayaq…

Source:

Gündəm sabit deyil. Demək olar ki, hər gün heyrətamiz hadisələrlərin şahidiyik. Hər bir hadisənin də ya əvvəlində ya ortasında və ya da axırında bir insan hüququ qəzaya uğrayır.

Qəzalarsa təsadüfi baş vermir.

Fəlsəfi qaydaları əsas götürsək, hansısa bir nəticənin-qəzanın, hadisənin baş verməsi üçün bütün səbəblər mütləq bir araya gəlməlidir. Əks halda bir tük belə yerindən tərpənməz.

Uzağa getməyək. Sizcə Öcgəcan bir günün içindəmi qətlə yetirildi? Əlbəttə ki, yox! Məlum hadisənin ən azı bir sosioloji, psixoloji və ya dini tərəfi var.

Məsələn, qətllə başa çatan bir sıra cinsi təcavüzlər adətən şəxsiyyət pozuntusunun, uşaqlıq və yeniyetməlik çağlarından yaranan cinsi sapıntıların nəticəsidir ki, Freydin psixoseksual inkişaf mərhəllələrində bu barədə söz açılır.

Yaxud iqtisadi, mədəni və digər psixoloji probelmlər də oxşar hadisələrdə təsirsiz ötüşmür. Maddi vəziyyətindən dolayı normal cinsi münasibət qura bilməyən ehtiraslı gəncin istənilən yaramaz hərəkətlərə əl atması mümkündür. Və ya mədəniyyət, əxlaq, mənəviyyat kimi dəyərlərə laqeyd insanlarla dolu bir cəmiyyətdə bir qadın iffəti soğortalana bilməz. Lamiyə olayı və buna oxşar minlərlə cinayətlərin kökündə bu məsələlər dayanır.

Belə isə niyə hadisəyə qədərki səbəblər göz ardına vurulub, yalnız nəticə lənətlənir? Halbuki, cinayətlərin patoloji baxımdan təhlili daha zəruridir.

Oğru bir günün içində oğru olmur, qatil bir günün içində əlini qana bulaşdırmır, əxlaqsız bir günün içində ləyaqətini itirmir, bunu hamı bilir.

Bəlli olduğu kimi, İslam dinində məhrəm-naməhrəm anlayışı mövcuddur. Yəni bu hökmə əsasən, hər bir kişi özünü qadınlara cinsi məqsədlə yaxınlaşmaqdan qorumalı, hətta olara pis niyyətlə baxmamalıdır .Yəni din qadınların geyimlərinə dair bəlli göstərişləri verməklə yanaşı kişilərə də gözlərini qormağı əmr edir:

“(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!” (Qurani-Kərim, 24:30)

Fikir tam aydındır: Yəni Özgəcanın nə geyinməsindən, necə geyinməsindən aslı olmayaraq heç bir fərd ona əsla pis niyyətlə baxmamalıdır.

Əlbəttə, bu göstərişdən qabaq əxlaqi səciyyələrə yiyələnməyin, ruhun saflaşdırılmasının vacibliyi vurğulanır:

“Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.” (91: 9, 10.)

Göründüyü kimi, ictimai davranışları tənzimləməyə yönələn din təlimləri cəmiyətdə baş verə biləcək bir çox dəhşətli hadisələrin qarşısını almaqda effektlidir. Bunun üçün isə dünyagörüşlərindən aslı olmayaraq, bütün ziyalıların əksəriyyəti müsəlman olan bir cəmiyyətdə cinsi təhlükəsizliyin təmin olunması məqsədiylə uyğun göstərişləri dəstəkləmələri, öz aydın düşüncələriylə gənclərinin öz dini dəyərlərinə daha sədaqətlə yanaşmasına zəmin yaratmaları çox əhəmiyyətli addım kimi dəyərləndirlə bilər. Əks halda, elə bir toplumla qarşı-qarşıya gələcyik ki, orda dəyər, ləyaqət, iffət heç bir əhəmiyyət kəsb etmir.

Açığı, utopik nəzəriyələrlə cəmiyyəti idarə etmək, qorumaq mümkün deyil. İslahatlar aparılmasa, məlum hadisələrin sayı daha da çoxalacaq. Hadisələrin qarşısı isə yubka və ya dikdaban geyməklə almaq mümkün deyl. Ümumiyyətlə Özgəcanın və ya öz ailəsi tərəfindən təcavüzə məruz qalmış 15 yaşlı qızcığazın buna ehtiyacı da yoxdur.

Onların fəryada ehtiyacı var- nəticəni deyil də səbəbləri qınayan faryada!

Ana səhifəMənim Fikrimcəİslam təcavüzə bəraət verirmi?