İslam partiyasının sabiq sədr əvəzini MTN saxladı… və buraxdı (yenilənib)

MTN yaxud da Daxili İşlər Nazirliyi tərəfindən tanınmış din xadiminin saxlanılması ilə bağlı hələ heç bir bəyanat verilməyib

Source:


13.26. İslam partiyasının sabiq sədr əvəzi sərbəst buraxıldı. Elçin Manafov “Azadliq”a bildirib ki, saxlanılmasına səbəb Nardaranda baş verənlər olub və bir neçə saatlıq dindirmədən sonra sərbəst buraxılıb.

Azərbaycan İslam partiyasının sabiq sədr əvəzi hacı Elçin Manafov saxlanılıb. O bugün səhər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən evindən aparılıb.

Elçin Manafovun yaxınlarının islamazeri.org-a verdiyi məlumata görə, ondan hələ də bir xəbər yoxdur.

MTN yaxud da Daxili İşlər Nazirliyi tərəfindən tanınmış din xadiminin saxlanılması ilə bağlı hələ heç bir bəyanat verilməyib.

Ana səhifəXəbərlərİslam partiyasının sabiq sədr əvəzini MTN saxladı… və buraxdı (yenilənib)