İslam Partiyası qərargahından məhrum edildi

“Ev sahibi artıq bir illik müqaviləni pozmadan belə, mənzili başqasına kirayə verib”

Source:


“Ev sahibi artıq bir illik müqaviləni pozmadan belə, mənzili başqasına kirayə verib”

Məlumatı partiyanın mətbuat xidmətinə istinadən İslaminsesi.org yayıb. Bildirilir ki, İslam Partiyası bir ay öncə daşındığı ofisindən köçürülür: “Partiyanın Nizami rayonunda yerləşən qərargahına bu gün hücum olub. Qərərgahın yerləşdiyi mənzilin sahibi təcili mənzili boşaltmağı tələb edib, əks təqdirdə qərargaha məxsus olan əşyaları bayıra atacağı ilə hədələyib”.

“Ev sahibi bir ay öncə AİP-lə 1 illik kirayə müqaviləsi imzalayıb və 1anuna uyğun olaraq vaxtlı-vaxtında vergi ödənilib.  Amma bu gün səhər AİP rəsmiləri qərərgaha gələndə gördüklərinə inanmayıblar. Ev sahibi artıq bir illik müqaviləni pozmadan belə, mənzili başqasına kirayə verib. Yeni kirayənişin isə mənzilin hazırkı sahibinə xəbərdarlıq etmədən öz əşyalarını qərargahda yerləşdirib”,- məlumatda belə deyilir.

AİP sədrinin Təşkilatı məsələlər üzrə müavini Vüqar İbayev bildirib ki, basqının səbəbi mayın 30-da keçirilən aksiya olub. “Mayın 30-da AİP Səudiyyə Ərəbistanının ölkəmizdə yerləşən səfirliyinin önündə aksiya keçirdi. Aksiyaçılar Səudiyyə Ərəbistanında haqqında edam hökmü çıxarılan Ayətullah Şeyx Nimrin hüquqlarının tapdanmasına etiraz etdi, eyni zamanda səud rejiminin Yəməni bombalamasını pislədi. Bu gün səhər qərərgaha gələndə isə baş verənlərə mat qaldıq”.

V.İbayev deyir ki, bu AİP-ə qarşı edilən ilk hücum deyil:

“Şeyx Nimrə azadlıq istəyən minlərlə haqqsevər insan dünyanın ən inkişaf etmiş ölkələrində ayağa qalxdı və etiraz etdi. Bu gün də dünyanın müxtəlif bölgələrində, İngiltərədə, ABŞ-da, Almaniyada və digər ölkələrdə belə aksiyalar təşkil edilir. Amma bu aksiyaları nə bizdəki kimi polis dağıtmır, nə də hansısa partiyanı qərərgahından qovmurlar”.

Ana səhifəXəbərlərİslam Partiyası qərargahından məhrum edildi