İŞİD-in dəstəsinə qoşulmaqda təqsirləndirilən şəxslərə hökm oxundu

Hər iki şəxs Azərbaycana qayıdan kimi həbs olunublar

Source:
İŞİD, foto şərtidir
İŞİD, foto şərtidir


Hər iki şəxs Azərbaycana qayıdan kimi həbs olunublar

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun məhkəməsi yekunlaşıb.

Onlar Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat zamanı həbs ediliblər.

Meydan TV-nin məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Afiq Qəhrəmanov 10 il, Rəşadət Qasımov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli bilinirlər. İttihama görə, hər iki şəxs İŞİD terror təşkilatının sıralarında döyüşüblər. Onlar Azərbaycana qayıdarkən həbs ediliblər. Həmin şəxslər DTX tərəfindən antiterror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, Azərbaycan hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqsirləndirilirlər.

Ana səhifəXəbərlərİŞİD-in dəstəsinə qoşulmaqda təqsirləndirilən şəxslərə hökm oxundu