İŞİD-dən xilas edilən Abdulla Bakıya gətirilib

Onun qohumlarına verilməsi proseduru yerinə yetirilir

Source:


Onun qohumlarına verilməsi proseduru yerinə yetirilir

İraqda uşaq evinə yerləşdirilən azərbaycanlı uşaq Bakıya gətirilib. Hazırda Abdulla adlı azyaşlının qohumlarına verilməsi proseduru yerinə yetirilir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Report”a belə deyib.

Onun sözlərinə görə, Azərbaycanın Bağdaddakı səfirliyi İraqda bu kimi vəziyyətlə üzləşmiş digər azərbaycanlıların da məsələsini diqqətdə saxlayır, zəruri konsulluq dəstəyi göstərir: “Bu xüsusda İraqın müvafiq dövlət qurumları ilə təmasları davam etdirir”.

Ötən ay Bağdaddakı sığınacaqlarda çəkiliş aparan RT kanalı 2-3 yaşlı Abdulla və Xədicə adlı bacı-qardaşı videoya çəkiblər. İŞİD-in əlindən qurtarılan uşaqlar özləri haqqında heç nə bilmirlər. Onları sentyabrın 12-də Təl-Afərdən Bağdada aparıblar.

XİN uşaqların babasının kimliyinin müəyyənləşməsi haqqında məlumat yaymışdı.

Sonra məlum olub ki, Abdulla və Xədicə İraq sığınacaqlarında olan yeganə azərbaycanlı uşaqlar deyil. İraq ərazisində Azərbaycandan olan İŞİD yaraqlılarının xeyli sayda uşaqları və qadınlar var. Hazırda azərbaycanlı diplomatların qısa müddətdə həmin qadın və uşaqların Azərbaycana qaytarılması üzərində işlədiyi bildirilir.

Ana səhifəXəbərlərİŞİD-dən xilas edilən Abdulla Bakıya gətirilib