İsfəndiyar Vahabzadənin Rusiyaya girişi 50 il qadağan edilib

O, rus xalqını təhqir etməkdə günahlandırılır

Source: Musavat.com


O, rus xalqını təhqir etməkdə günahlandırılır

Rusiya Daxili İşlər Nazirliyi Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vahabzadənin “İnternetdə millətlərarası ədavəti qızışdıran açıq fikirlərə görə” 50 il müddətinə Rusiya ərazisinə girişini qadağan edib.

Məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti

yayıb.

Bildirilir ki, Qazaxıstandakı “dil patrulları“nı təşkil edən və rusiyalıları qazaxlara etinasız münasibət göstərməkdə ittiham edən Qazaxıstan vətəndaşı Kuat Ahmetova da analoji qadağa tətbiq edilib.

Rusiya Daxili İşlər Nazirliyi xəbərdarlıq edib ki, Rusiya, onun sakinlərinə və xaricdə yaşayan həmvətənlərə qarşı destruktiv hərəkətlərə çağıran xarici vətəndaşlar ölkə ərazisinə buraxılmayacaqlar.

Vahabzadə Vladimir Jirinovskini Azərbaycanın ünvanına səsləndirdiyi iddialara görə onu “donuz” və “eşşək” adlandırıb.

Bundan başqa, Vahabzadənin bütün rusların ünvanına təhqir səsləndirdiyi bildirilir.

Ana səhifəXəbərlərİsfəndiyar Vahabzadənin Rusiyaya girişi 50 il qadağan edilib