İrlandıyalı futbolçular Azərbaycanda polisin təzyiqi ilə üzləşdiklərini deyirlər (yenilənib)

Onlar hamısı telefonla zəng etdilər və biz ordan uzaqlaşmağa çalışdıq.

Source: google.az

***


İrlandiya mətbuatında yazı ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a açıqlamasında deyib ki, məqalədən məlumatlıdırlar.


“Müvafiq qorunan yerlər və obyektlər istisna olmaqla, paytaxtın küçə, park, xiyaban və meydanlarında foto-video çəkilişlərlə bağlı məhdudiyyət yoxdur”.


Onun sözlərinə görə, məqalədə dərc olunan iddialarla bağlı araşdırma aparılır.

***


''Tutulmamağımız əla oldu''

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün Bakıda “Qarabağ”la qarşılaşacaq İrlandiyanın “Dandalk” klubunun iki futbolçusu Dənizkənarı Milli Parkda polis müdaxiləsinə məruz qalıb.

Bu barədə “

İrishmirror

” saytı məlumat yayıb. Bildirilir ki, İrlandiya təmsilçisinin iki futbolçusu – Sin Qannon və Ceymi Makqret Dənizkənarı Parkda olarkən, polis müdaxiləsi ilə qarşılaşıblar. Futbolçular komandanın yerləşdiyi otelin qarşısında şəkil çəkdirərkən və İrlandiyadan olan jurnalistlərə müsahibə verərkən, bir neçə polis onlara yaxınlaşaraq, çəkilişə müdaxilə edib.

Məsələylə bağlı danışan Qannon, bunları deyib:

67313171_478642422966079_1895500717062356992_n.jpg
Ceymi Makqret

“Şəhərdə gəzərkən, bu oğlanlar (polislər) gəldilər. Həmin vaxt irlandiyalı jurnalistlərlə birlikdə idim və ətrafıma baxdım. Kiçik miniatür polis maşını Ceymiyə doğru gedirdi. Ceymi kifayət qədər sakit adamdır, amma onun azarbaycancasının yaxşı olduğunu düşünmürəm. Deyəsən, bizi polis bölməsinə aparırdılar. Onlar sadəcə, icazəmizin olmadığını dedilər və beş dəqiqə ərzində ətrafımızda 8-9 polis peyda oldu. Nə baş verdiyini bilmirdim. Polislər deyirdilər ki, biz burda şəkil çəkə bilmərik və bunu üçün icazə almalıyıq. Onlar hamısı telefonla zəng etdilər və biz ordan uzaqlaşmağa çalışdıq. Yenidən otelə qayıtdıq. Tutulmamağımız əla oldu”.

“Qarabağ” klubu “Dandalk”la İrlandiyada keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə edib.

Meydan TV-ə danışan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli qadağaların düzgün idarəçiliyin qurulmamasından qaynaqlandığını deyib.

“Bu qadağalarda savadsızlıq elementləri var. Məntiqlə düşünə bilmirlər ki, dənizkənarı bulvarda foto çəkdirməyin təhlükəsizliyə hansı təsiri ola bilər? Məgər, bulvarda hərbi obyekt var? İnsanlar istirahətə gəlibsə, şəkil çəkdirmələri normaldır. Belə qadağalar qəribə gəlir, məntiq deyilən bir şey yoxdur, çox gülməlidir. Avropanın bir çox şəhərləri çayların üstündə yerləşir, milyonlarla insan turist kimi gəlib şəkil çəkdirir və onlara irad bildirən də yoxdur”.

Ana səhifəXəbərlərİrlandıyalı futbolçular Azərbaycanda polisin təzyiqi ilə üzləşdiklərini deyirlər (yenilənib)