İREX məhkəməyə müraciət edib

“Təşkilat uğurlu dəstəyinin davam etdirilməsini əngəlləyən bu hərəkətlərdən narahatlığını bildirir”

Source:


“Təşkilat uğurlu dəstəyinin davam etdirilməsini əngəlləyən bu hərəkətlərdən narahatlığını bildirir”

Sentyabrın 5-də Baş Prokurorluq əməkdaşları bəyan etmədən İREX-in Bakı ofisinə gəlib. Onlar özləri ilə Yasamal Məhkəməsinin orderini gətirib və bütün kompüterləri, digər avadanlığı və eləcə də sənədləri aparıblar.

“İREX artıq məhkəməyə müraciət edib. Qurum ümid edir ki, USAİD-in maliyyələşdirdiyi, 2014-cu il sentyabrın 30-da bitməli olan hazırkı layihəsini başa çatdıra bilməsi üçün avadanlıq və sənədlər mümkün qədər tez qaytarılacaq” – deyə İREX-in Vaşinqton ofisinin bəyanatında bildirilir.

İREX-in Azərbaycandakı bank hesabı bir sıra yerli və beynəlxalq QHT-lərə açılan “cinayət işi” ilə əlaqədar olaraq 2014-cü il iyulun 26-da dondurulub: “İREX bu təhqiqatın ədalətli və sürətli tamamlanmasını gözləyir”.

“İREX Azərbaycanın qonağı kimi 15 il ərzində təhsil, media və vətəndaş cəmiyyətinə göstərdiyi uğurlu dəstəyinin davam etdirilməsini əngəlləyən bu hərəkətlərdən narahatlığını bildirir”

Ana səhifəXəbərlərİREX məhkəməyə müraciət edib