“İrəli” “Georgi lenti” aksiyası keçirməyəcək

Təşkilatın sədri yayılan məlumatları təkzib edir

Source:


Təşkilatın sədri yayılan məlumatları təkzib edir

“İrəli” İctimai Hərəkatının sədri Rauf Mardiyev 9 may Qələbə Günü münasibətilə “Georgi lenti” aksiyası keçirəcəkləri barədə məlumatı təkzib edir.

Rauf Mardiyev Meydan TV-yə bildirib ki, “Novosti-Azərbaycan” agentliyinin yaydığı məlumatın heç bir əsası yoxdur, onların belə bir tədbir keçirmək planları da olmayıb: “Artıq təşkilatın saytında bu barədə açıqlama yaymışıq”.

Təşkilat sədri Qələbə Günü ilə bağlı tədbir keçirəcəklərini deyib. Bu, müharibə veteranlarının və gənclərin iştirakı ilə dəyirmi masa olacaq: “Amma hansısa aksiyanın keçirilməsi, yaxud lentlərin paylanması barədə məlumatların “İrəli”yə heç bir aidiyyatı yoxdur”.

“Novosti-Azərbaycan”ın bildirdiyinə görə, “İrəli” 9 may Qələbə Günü münasibəti ilə paytaxtın Fəvvarələr Bağında, “İçərişəhər” metrostansiyası ətrafında, o cümlədən, 28 may küçəsində piyadalara, sərnişin avtobusu sürücülərinə georgi lentləri paylayacaq.

Ukraynada Rusiyayönümlü qüvvələrin təmsilçiləri üzərlərindən məhz georgi lentləri taxırlar.

Ana səhifəXəbərlər“İrəli” “Georgi lenti” aksiyası keçirməyəcək