O, İranın Məsləhət Şurasının sədri idi
Yanvarın 8-də 1989-cu ildən 1997-ci ilə qədər İranın prezidenti olan 82 yaşlı Əli Əkbər Haşimi Rəfsəncani vəfat edib.
APA-nın Tehran bürosu sabiq prezidentin ürəyində problem yarandığı üçün xəstəxanaya yerləşdirildiyini xəbər verir. Onun ürək çatışmamazlığından dünyasını dəyişdiyi bildirilir.
Əli Əkbər Haşimi Rəfsəncani İran İslam Respublikasının dördüncü prezidenti olub. 1980-1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.
O, İranın Məsləhət Şurasının sədri idi.