İranın rabitə naziri ”İnternet casusluğu” nda ittiham edilir

”Nazirin hərəkətləri İranın məlumatlarını ölkənin düşmənləri tərəfindən daxil olmaq üçün həssas vəziyyətə salıb”

Source:
Məhəmməd Cavad Azəri Cahromi
Məhəmməd Cavad Azəri Cahromi
Məhəmməd Cavad Azəri Cahromi
Məhəmməd Cavad Azəri Cahromi


”Nazirin hərəkətləri İranın məlumatlarını ölkənin düşmənləri tərəfindən daxil olmaq üçün həssas vəziyyətə salıb”

İranda prokurorlar rabitə və informasiya texnologiyaları nazirinə qarşı “İnternet casusluğu” iddiası ilə bağlı şikayət qaldırıblar, – Azadlıq Radiosunun İran Xidməti Farda xəbər verir.

Məhəmməd Cavad Azəri Cahromi (Mohamad-Javad Azari Jahromi) İranın İnternet nəzarətinə aid məhkəmə sərəncamlarını təqib etməməkdə günahlandırılır. Fevralın 24-də bu barədə prokurorun kibernetika məsələləri üzrə müavini Cavad Cavidniya (Javad Javidnia) bildirib.

Cavidniyanın sözlərinə görə, nazirin hərəkətləri İranın məlumatlarını ölkənin düşmənləri tərəfindən daxil olmaq üçün həssas vəziyyətə salıb və o, bunu “İnternet casusluğu” adlandırıb.

37 yaşlı Cahromi prezident Həsən Ruhani (Hassan Rohani) hökumətinin ən gənc üzvüdür. Bundan əlavə, İranın ən populyar naziri olduğu bildirilir, çünki internetdə nəzarətin qaldırılmasını dəstəkləyir.

Müşahidəçilərin fikrincə, nazirə qarşı iddialar İranın mühafizəkarlarının Ruhaniyə zərbə vurma cəhdlərinin bir parçasıdır.

Ana səhifəDünyaİranın rabitə naziri ”İnternet casusluğu” nda ittiham edilir