Milad Cəlilinin naməlum istiqamətə aparıldığı deyilir
İranın təhlükəsizlik qüvvələrinin repçi Milad Cəlilini həbs etdikləri bildirilir.
“IranWire” xəbər verir ki, Cəlili noyabrın 28-də saxlanılaraq, naməlum istiqamətdə aparılıb.
Hakimiyyət onun həbsinin səbəbləri və buna cavabdeh olan qurumla bağlı heç bir məlumat verməyib.
Həbs olunduğu deyilən repçi İlshan adı ilə tanınır və bu yaxınlarda “İnstagram” səhifəsində həbs olunan milli fəallara dəstək mahnısını paylaşmışdı.
Milad Cəlili oxuduğu mahnını “bütün millətçilərə” ithaf etdiyini də səhifəsində qeyd edib.