İran vətəndaşının Azərbaycandan dünyaya uzanan biznes imperiyası

İş adamının arxasında hansı məmurlar dayanır?

Source:

Azərbaycanda məmurların bizneslə məşğul olması qanunvericiliklə qadağan olması hər kəsə məlumdur.  Elə bu səbəbdən də məmurların bir çoxu öz bizneslərini başqa şəxslərin adına rəsmiləşdirir. Bəzən bu onların qohumları, yaxınları olur, bəzən tamamilə yad bir şəxs, bəzən isə hər ikisi. Biz o şəxslərə “proxy” deyirik – məmurların biznesini idarə edən üçüncü şəxslər. Ölkədə çox tanınmış və böyük biznes şəbəkəsinə malik iş adamlarından biri də Əhədpur Xangah Mənuçehrdir. Mançehrin Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun biznesini idarə etməsi ilə bağlı Vikileaks saytında və bir sıra beynəlxalq media orqanlarına yazılmış məqalələr və iddialar var.  Biz də bu gün bu iddialarla bağlı faktları araşdırmaq qərarına gəldik. Həqiqətənmi Manuçehr Əhədpur Kəmaləddin Heydərovun gizli iş ortağıdır? Bu və ya digər suallar barədə aşağıda daha ətraflı….


Lap əvvəldən başlasaq, dostlarının anlatdığına görə, ilk dəfə 1990-cı illərin əvvəllərində Bakıya gələn kiçik sahibkar Əhədpur Kəmaləddin Heydərovla tanış olur. Əvvəlcə ondan Azərbaycanda biznesinin qurulması üçün yardım istəyən Əhədpurla Heydərov münasibətləri tez bir zamanda möhkəmlənir və ikincinin təklifi ilə bu, ortaq biznesə çevrilir. Hazırda Əhədpur imperiyasını həm də ailə biznesi adlandırmaq olar. Çünki bu çoxşaxəli biznes imperiyasına Əhədpurun ailə üzvləri ilə yanaşı, Heydərovun keçmiş qudası Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevin də payı olması ilə bağlı iddialar var.

Deyilənə görə bu imperiyanın ən güclənən dövrü isə Kəmaləddin Heydərovun Dövlət Gömrük Komitəsində sədr işlədiyi dövr olub.

Azərbaycan oxucusu ilk dəfə Əhədpur Xangah Mənuçehr adını Wekaleaks açıqlananda eşidib. Kəmaləddin Heydərovun oğlanları 20 milyon dollarlıq “Gulfstream” almaq istəyib və buna görə də adıçəkilən şirkətə müraciət edib. Müraciətdə göstərilir ki, “Gulfstream” təyyarəsi üçün ödəniş və sahiblik haqqı “Al-Sahra Shams FSCO” şirkəti (hansı ki sənəddə qeyd olunur ki, Dubayda Taleh və Nicat Heydərovların adına qeydiyyatdadır) və cənab Manuçöhr Əhədpur Xangah arasında, hər birinə 50 faiz olmaqla bölünəcək.  Əldə etdiyimiz ilk fakt isə “Al-Sahra Shams FSCO” şirkəti haqqında oldu.  Şirkətin əlaqə üzrə məsul şəxs Manuçöhr Əhədpurun qardaşı Behzad Əhədpur göstərilirdi. Yəni sadəcə idaredicisi kimi. Bundan əlavə  Dubayda və ABŞ-ın San Diyeqo şəhərində  də Behzad Əhədpurun adına rəsmiləşmiş şirkətləri var.


Azərbaycandakı şirkətlər şəbəkəsinə isə əsasən oğlu Poya nəzarət edir.

Qayıdaq oğul Heydərovların “Gulfstream” almaqla bağlı müraciətinə. “Gulfstream” şirkəti Heydərovlara mal varlıqları və belə bir təyyarə almağa onlara imkan verən maddi resursların qanuni mənbəyi ilə bağlı sorğu göndərib.  Heydərov ailəsi sorğuya cavab olaraq  təqdim etdiyi mal varlığı ilə bağlı sənəd

Wikileaks

-də yer alıb. Bu məlumata əsasən, ailə həmçinin “AİRBUS319” tipli korporativ təyyarəyə da sahibdir. Sənədə əsasən, Heydərovlar ölkədə konservləşdirmə, şirələr, tikinti materialları, beton, asfalt, kimyəvi məhsulların istehsalı, kərpic sexləri, parça biznesi, CD və DVD istehaslı, süd məhsulları istehsalı, turizm, gips və dəri məlumatları istehsalı, kənd təsərrüfatı sahəsində, pianino, alkoqol, ətriyyat istehsalı, bank işi, sığorta daxil olmaqla yüzlərlə şirkətə sahibdilər. Əlbəttə biz bunların yalnız bəzilərini bilirik, bu Azərbaycan oxucusu üçün sirr deyil.

Çünki ölkədə “İmperator” ləqəbli Kəmaləddin Heydərovun biznes imperiyasına məxsus 235 şirkətin və qurumun adı da bir müddət əvvəl ölkə

saytlarını bəzəyirdi

.

“Qafqaz”, “Gilan”, “Jalə”, “Abşeron” kimi böyük brend adlarını sadalayanda yada məhz fövqəladə halları naziri düşür.  Amma bugünə qədər bu şirkətlərin sırasında Əhədpurun şirkətləri göstərilmirdi.  Məqsədimiz Heydərovun biznes imperiyasının yaxşı gizlədilən bu üzü haqda danışmaqdır.

Xüsusi qeyd eləmək istəyirəm ki, “Gulfstream”e təqdim olunan sənəddə həm İran, həm də Azərbaycan vətəndaşı kimi göstərilən (o vaxtı ikili vətəndaşlıq qadağan olunmamışdı hələ, hazırkı vətəndaşlıq vəziyyətini müəyyənləşdirə bilmədik)  Manucöhr Əhədpur nə özü, nə ailəsi kasıb olmayıblar. Amma ölkəyə kiçik sahibkarlıq üçün gələn iranlı biznesmen gücünü qeyd elədiyimiz kimi məhz Heydərovdan alıb.

Onun Azərbaycanda müəyyən edə bildiyimiz şirkətləri:

“SEMA” MMC

“AZDƏMİR LTD” MMC


”AHAD PARFUMERY MMC

“AZ EDU LTD” MMC


”AZALKO” MMC

“AZTURBİNE ENERGY CO LTD” MMC


”AZ AERO TECH CO LTD” MMC

“AZTİKİNTİYOL” MMC


”AZ TİKİNTİ KO LTD” MMC

Kommersiya qurumunun adı: “SEMA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Qeydiyyat nömrəsi (VÖEN): 1302716041

Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət<

Hüquqi ünvanı: AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV KÜÇ. ev.21, MƏHƏLLƏ 468-469 m.55

Nizamnamə kapitalı: 100 manat

Maliyyə ili: 01 Yanvar – 31 Dekabr

Qanuni təmsilçi: ƏLİYEVA SƏBİNƏ CAMALƏDDİNOVNA

Təsisçilər (kommanditçilər): AHADPOUR KHANGHAH POUYA MANOUCHEHR (İran İslam Respublikası), AHADPOUR KHANGHAH PASHA MANOUCHEHR (İran İslam Respublikası), ƏLİYEVA SƏBİNƏ CAMALƏDDİNOVNA

Dövlət qeydiyyatına alındığı tarix: 24 Noyabr 2011

Kommersiya qurumunun adı: “AZDƏMİR LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Qeydiyyat nömrəsi (VÖEN): 1301766541

Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət

Hüquqi ünvanı: AZ1006, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MİKAYIL MÜŞFİQ ev.12, MƏHƏLLƏ 500 m.34

Nizamnamə kapitalı: 200 manat; 10 Pay

Maliyyə ili: 01 Yanvar – 31 Dekabr

Qanuni təmsilçi: ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU

Təsisçilər (kommanditçilər): İSMAYILOV HİKMƏT ƏBUZƏR OĞLU

Kommersiya qurumunun adı: “AHAD PARFUMERY” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Qeydiyyat nömrəsi (VÖEN): 1302758111

Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət

Hüquqi ünvanı: AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV KÜÇ. ev.21 m.55

Nizamnamə kapitalı: 200 manat

Maliyyə ili: 01 Yanvar – 31 Dekabr

Qanuni təmsilçi: ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU

Təsisçilər (kommanditçilər): ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU

Dövlət qeydiyyatına alındığı tarix: 23 Yanvar 2012.

Kommersiya qurumunun adı: “AZFRUİTTİ CO” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Qeydiyyat nömrəsi (VÖEN): 1302892931

Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət

Hüquqi ünvanı: AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV KÜÇ. ev.21, MƏH.468-469 m.55

Nizamnamə kapitalı: 200 manat

Maliyyə ili: 01 Yanvar – 31 Dekabr

Qanuni təmsilçi: ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU

Təsisçilər (kommanditçilər): ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU

Dövlət qeydiyyatına alındığı tarix: 8 May 2012.

Kommersiya qurumunun adı: “AZ EDU LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Qeydiyyat nömrəsi (VÖEN): 1302877781

Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət

Hüquqi ünvanı: AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV KÜÇ. ev.21, MƏHƏLLƏ 468-469 m.55

Nizamnamə kapitalı: 200 manat

Maliyyə ili: 01 Yanvar – 31 Dekabr

Qanuni təmsilçi: ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU

Təsisçilər (kommanditçilər): ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU

Dövlət qeydiyyatına alındığı tarix: 24 Aprel 2012.

Kommersiya qurumunun adı: “AZALKO” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Qeydiyyat nömrəsi (VÖEN): 1302866771

Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət

Hüquqi ünvanı: AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV KÜÇ. ev.21, MƏH.468-469 m.55

Nizamnamə kapitalı: 200 manat

Maliyyə ili: 01 Yanvar – 31 Dekabr

Qanuni təmsilçi: ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU

Təsisçilər (kommanditçilər): ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU

Dövlət qeydiyyatına alındığı tarix: 16 Aprel 2012.

Kommersiya qurumunun adı: “AZTURBİNE ENERGY CO LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Qeydiyyat nömrəsi (VÖEN): 1302806401

Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət

Hüquqi ünvanı: AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV KÜÇ. ev.21, MƏHƏLLƏ 468-469 m.55

Nizamnamə kapitalı: 200 manat

Maliyyə ili: 01 Yanvar – 31 Dekabr

Qanuni təmsilçi: ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU

Təsisçilər (kommanditçilər): ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU

Dövlət qeydiyyatına alındığı tarix: 28 Fevral 2012.

Kommersiya qurumunun adı: “AZ AERO TECH CO LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Qeydiyyat nömrəsi (VÖEN): 1302798861

Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət

Hüquqi ünvanı: AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV KÜÇ. ev.21, MƏHƏLLƏ 468-469 m.55

Nizamnamə kapitalı: 200 manat

Maliyyə ili: 01 Yanvar – 31 Dekabr

Qanuni təmsilçi: ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU

Təsisçilər (kommanditçilər): ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU

Dövlət qeydiyyatına alındığı tarix: 23 Fevral 2012.

Kommersiya qurumunun adı: “AZTİKİNTİYOL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Qeydiyyat nömrəsi (VÖEN): 1302178541

Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət

Hüquqi ünvanı: AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, HAQVERDİYEV KÜÇ. ev.21, MƏHƏLLƏ 468-469 m.43

Nizamnamə kapitalı: 100 manat

Maliyyə ili: 01 Yanvar – 31 Dekabr

Qanuni təmsilçi: ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU

Təsisçilər (kommanditçilər): ƏHƏDPUR XANGAH MƏNUÇEHR ƏLİ OĞLU, AZ TİKİNTİ KO LTD MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

Dövlət qeydiyyatına alındığı tarix: 29 Mart 2010.

Kommersiya qurumunun adı: “AZ TİKİNTİ KO LTD” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1301214821

Təşkilati-hüquqi forması: Məhdud məsuliyyətli cəmiyyət

Hüquqi ünvanı: AZ1006, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MİKAYIL MÜŞFİQ, ev 12, m. 34

Nizamnamə kapitalı: 200.00 AZN

Maliyyə ili: 01.01 – 31.12

Qanuni təmsilçi: MƏNUÇEHR ƏHƏDPUR XANGAH ƏLİ OĞLU

Dövlət qeydiyyatına alındığı tarix: 07.11.2006

Amma bu tam siyahı deyil, çünki sadəcə 2006-2012-ci illəri əhatə edir. Amma Əhədpur 20 ildən çoxdur Azərbaycanda biznes qurub.  O 20 illik dövrdə açdığı şirkətlərin siyahısın müəyyənləşdirmək üçün isə Azərbaycanda şəffaf sistem mövcud deyil.

Əhədpurun şirkət ortaqlarından biri də İsmayilov Hikmət Əbuzər oğludur. Biz adı çəkilən şəxsə “Bank of Baku”nun səhmdarları arasında

rast gəldik,

hansı ki, iştirak payı 21 faizdir. Eyni zamanda İsmayılov “Azsığorta” Açıq tipli Səhmdar Cəmiyyətinin

səhmdarıdır

, iştirak payı 100 faizdir. Yuxarıdan da göründüyü kimi, AZ brendli şirkətlərin əksəriyyəti Əhədpura aid şirkətlərdir, bu səbəbdən də adıçəkilən şirkətlərind də Əhədpura aid edilməsi istisna edilmir.

Digər

xəbərdən

isə görünən odur ki, paytaxtdakı bəzi mağazalar da Heydərov-Əhədpur biznesinin nəzarətindədir. Və maraqlı olan odur ki, nə ölkə, nə də beynəlxalq mətbuatda Əhədpurun fövqəlnazirin biznesini idarəetməsi ilə bağlı xəbərlərə təkzib və ya reaksiya olmayıb.


Malta, Dubay, Gürcüstan biznesi

Maltadakı biznesi haqqında Malta

mətbuatına

da müsahibələr verən Əhədpur Azərbaycandakı biznesi barədə də maraqlı məlumatlar verib. Məsələn, onun rəhbərlik etdiyi şirkətlərin Əfqanıstandakı hərbiçiləri süd məhsulları ilə təmin etməsi kimi… Eyni zamanda “Casian Fish Co”-nun məhsullarının tərifini yerə-göyə sığdırmayan iş adamı şirkətin rəsmi dileri olduğunu da vurğulayıb. “Casian Fish Co”-nun isə kimə aid olduğunu ölkədə bilməyən yoxdur.


Malta mətbuatında adıçəkilən ölkədə Əhədpurun 7 şirkəti olduğu bildirilir. Dubayda isə yuxarıda qardaşının adına olan 2 şirkətdən əlavə bir restoranlar şəbəkəsi də mövcuddur. Bir daha qeyd edirik ki, bu sadəcə bizim müəyyən edə bildiklərimizdir.

Gürcüstanda da Əhədpurun adına Tbilisi Vake Saburtaloda qeydiyyatda olan AQD MMC adlı

şirkət var

. Şirkətdə  səlahiyyətli şəxs kimi Mehman Həsənov adlı bir şəxs göstərilib.

Əslində

Foreignpolicy.com

bu barədə dərc etdiyi məqalələrin birində qeyd edir ki, Xangah Heydərov biznesinin tək qanadı deyil. Heydərov konqlameratının başqa bir biznes qanadını da bir türk vətəndaş idarə edir. Biz hazırda həmin qanadı da müəyyənləşdirməyə çalışırıq.


Polo Federasiyası

Yuxarıda qeyd etmişdik ki, Manuçehrin həmçinin Heydərova ailəsinə yaxın olan məmurların da çirkli pullarının yuyulmasında böyük rolu var. Bilirsiz ki, yüksək çinli məmurların müxtəlif idman federasiyalarına rəhbərlik etməsi də təsadüfi deyil. Onların bu marağı belə qurumların münbit pul transferlərinə şərait yaratmasından doğur. Belə federasiyalardan birinin rəhbəri də Elçin Quliyevdir. Azərbaycan Respublikası Atcılıq Federasiyasının prezidenti

Elçin Quliyev

, eyni zamanda Dövlət Sərhəd xidmətinin rəhbəridir. Həmin federasiyanın vitse-prezidenti isə iş adamı Əhədpur Xangah Mənuçehr Əli oğludur.

Eyni zamanda bu şəxslərin möhkəm dost olduğu da bildirilir. Kəmaləddin Heydərovunsa Elçin Quliyevlə yaxın qohumluq əlaqələri var və Heydərovun oğlanlarının da Polo həvəskarı olması barədə

beynəlxalq mətbuatda

xeyli məlumatlar gedib. Onların İngiltərə şahzadələri ilə tanışlığı və dostluğu da məhz Polo klublarında böyük məbləğdə ianələr edəndən sonra baş tutmuşdu.

Qeyd edək ki, Azərbaycan Atçılıq Federasiyası Beynəlxalq Polo Federasiyasına üzv qəbul olunub. Və keçən ildən bu yana federasiya artıq iki dəfə Dünya Kuboku üzrə yarışlar keçirib. Xatirinizdədirsə, ötənilki kubok yarışları üçün Azərbaycana gətirilən atlar Almaniyanın Frankfurt aeroportunda məcburi yerə endirilmiş və dünya

mətbuatında

bu məsələ xeyli müzakirə olunmuşdu. Xəbərlərdə bildirilir ki, Azərbaycanın “Silkway” Hava Yolları Şikətinə məxsus və göyərtəsində 15 Argentina polo atı olan təyyarə Frankfurt-Hahn aeroportunda dayanacağa çəkilib. “Təyyarə atları Argentinadan Bakıya gətirərkən Almaniyada yolüstü eniş edibmiş. Bildirilir ki, atlar Bakıya Dünya Polo Kuboku yarışlarında istifadə etmək üçün gətirilirmiş. Lakin təyyarənin atlarla birlikdə aeroportda enməsi Frankfurt hava limanının logistika işçiləri üçün ciddi problem yaradıb. Nəticədə atları təyyarədən düşürərək həbs edib və Frankfurt heyvanxanasına aparıblar. Məlumatda deyilir ki, insident iyulun 7-də axşam baş verib və atlar gecəni heyvanxanada qalıb. Daha sonra atlar heyvanxanadan çıxarılaraq yükdaşımalar üçün istifadə olunan Hansrik aeroportuna aparılıb. Heyvanlar orada atlar üçün nəzərdə tutulan xüsusi bokslara yerləşdirilib. Atların əhvalatı bununla da bitməyib və iyulun 9-na keçən gecə onları xüsusi nəzarət altında Frankfurt aeroportuna apararaq “Silkway”a məxsus yük təyyarəsinə yükləyiblər. Təyyarə Bakıya doğru istiqamət alıb”.

Hal-hazırda Azərbaycanın və dünaynın belə demək olarsa, “Polo elitasının” diqqət mərkəzində olan yarışlardan qazanılan pullardan, biletlərin satışından başlamış, reklam ödənişlərindən, müxtəlif ölkələrin televizyalarında translyasiya haqlarından gələn maliyyə axışı isə həmişəki kimi nəzarətdən kənarda qalır və heç bir şəffaflıqla müşayiət olunmur. Heç bu yarışların keçirilməsi üçün büdcədən ayrılan məbləğlər barədə də məlumat verilmir. Halbuki söhbət çox böyük məbləğlərdən gedir.

Nə Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev, nə onun Polo Federasiyasındakı müavini, iş adamı Əhədpur bir neçə ildir davamlı keçirilən Polo yarışlarının ölkəmizə nə verməsi ilə bağlı hesabatlılığı bu günə qədər təmin etməyib.


“Baku World Challenge 2014”

Yenə də Manuçehr…

Bakıda keçən il “Blancpain Sprint Series”ın final mərhələsi sayılan III Beynəlxalq “Baku World Challenge 2014” avtomobil yarışı keçirildi. Yarışın keçirilməsi Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Avtomobil Federasiyasına tapşırılsa da, sonradan bu 2 qurum tərəfindən Manuçehr Əhədpurun “AzTexnika” şirkətinə

həvalə edilib.

Yarışda

bu keçiddə

də deyildiyi kimi, hər iştirakçı komandaya yemək, yol və başqa zəruri xərclərinin ödənməsindən başqa start olaraq 20.000 euro verilib. Yarışda Beynəlxalq Avtomobil İdmanı Federasiyasını təmsil edən 59 nəfər, 17 komandada 30 ali dərəcəli avtomobillə iştirak ediblər. Eyni zamanda əsas mükafat 1-ci yer üçün 100.000 avro, ikinci yer üçün -50.000 avro, üçüncü yer üçün – 25.000 avro təqdim olunub. Amma yarışın keçirilməsi üçün büdcədən ayrılan təxmini səslənən rəqəm 86-88 milyon manat ətrafındadır. Bunu hesablamaq üçün iqtisadçı da olmaq lazım deyil, görünür ki, xərclənən pullar bu yarışın boyu üçün çox yüksəkdir. Üstəlik yarışdan gələn gəliri də bura əlavə eləsək…

Ən azı, məsələn, yarışın 50 ölkədən 175 televiziya kanalı ilə yayımlanması faktdır və “bu yayım haqqı kim tərəfindən, neçəyə satılıb” sualı açıq qalır.  Ümid edirik ki,  suallarımıza cavab üçün əlaqə yarada bilməsək də, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov yarışın keçirilməsini niyə özləri yox, özəl bir şirkətə həvalə olunduğunu, əldə olunan gəlirlərin hara istiqamətləndiyini açıqlayar.

Aşağıda siz Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Dövlət Sərhəd xidmətinin başçısı Elçin Quliyev və yazımızın qəhrəmanı, Azərbaycan məmurlarının sevimlisi, Polo Federasiyasının vitse-prezidenti, eyni zamanda “

Baku World Challenge 2014

” avtomobil yarışının keçirilməsi həvalə olunmuş “AzTexnika” şirkətinin rəhbəri Manuçehr Əhədpuru Polo yarışlarını seyr edərkən çəkilmiş şəklini görürsüz.


Sonluq

Biz “Milla” süd məhsulları fabriki ilə, həmçinin, Manucehrin adına qeydiyyatdan keçmiş bir necə şirkətlə əlaqə saxladıq. Təəssüf ki, suallarımızı cavablamağa razı olan, ümumiyyətlə, Əhədpura çıxış imkanı yaradan olmadı.

Meydan.tv olaraq iş adamından müsahibə götürmək və yazıda, eləcə də beynəlxalq mətbuatda səslənən iddialara cavab almaq istəyimizi burdan da bildiririk. İş adamının razılaşdığı və razılaşmadığı məqamlarla bağlı fikirlərini bilmək çox maraqlı olardı.

Ana səhifəXəbərlərİran vətəndaşının Azərbaycandan dünyaya uzanan biznes imperiyası