Polis İran vətəndaşını maşına qonşuların alqışları altında mindirib
Türkiyədə polis bayram günü binadan üzərində ingilis bayrağı olan dəsmal asdığına görə bir nəfəri həbs edib, – “Associated Press” xəbər verir.
İran vətəndaşı olan adam çərşənbə axşamı Türkiyənin mərkəzi Kayseri şəhərində həbs edilib. Onun həbsi qonşuların şikayətindən sonra baş verib. Onlar dəsmalın ingilis bayraqlı naxışlarını eyvanlarından asılmış bayraqlarına qarşı təxribat hesab ediblər.
Polis İran vətəndaşını maşına qonşuların alqışları altında mindirib, – yerli xəbərlərdə qeyd edilir.
Kayseri valisi açıqlamasında qeyd edib ki, adam özünü müdafiə edərək məqsədinin yalnız yaş dəsmalını qurutmaq olduğunu deyib.
Türklər hər il 19 may tarixini Atatürk, Gənclik və İdman Günü olaraq qeyd edirlər. Bu münasibətlə vətəndaşlar pəncərə və eyvanlarından Türkiyə bayrağını asırlar. Bayram Birinci Dünya Müharibəsində ingilislər də daxil olmaqla işğalçı qüvvələrə qarşı Türkiyənin müstəqilliyinin başlanğıcı olaraq qeyd edilir.