İran təyyarə qəzasına görə həbsləri davam etdirir

Xalq etirazlarında iştirak edənlər də saxlanılır

Source: Google

İran çərşənbə axşamı Ukrayna təyyarəsinin vurulmasında əli olan şəxsləri və 4 gündür davam edən xalq etirazlarında iştirak edən daha 30 nəfəri saxladığını bildirib, – “Reuters” xəbər verir.

Çərşənbə günü Ukrayna Beynəlxalq Hava Yollarına aid təyyarənin vurulmasıyla 176 adamın hamısının ölümü 40 il bundan öncə hakimiyyəti ələ almış İslam Respublikasının din xadimləri üçün böyük imtahan olub.

Diplomatik təzyiqi artıracaq bir addımda İngiltərə, Fransa və Almaniya İranın nüvə proqramı ilə bağlı məhdudiyyətləri pozmasıyla əlaqəli mübahisə mexanizmini işə salıb. Vaşinqton bu müqavilədən 2018-ci ildə imtina edib.

Birləşmiş Ştatlar yanvarın 3-də pilotsuz təyyarə ilə İranın ən güclü hərbi komandirini öldürdüyündən, Tehran Qərblə qarşıdurma və ölkədaxili iğtişaşlarla üzləşib. Ölkələrin müasir tarixində hər iki tərəf oxşar münaqişə yaşamayıb.

İran təyyarəni çərşənbə günü ABŞ-ın İraqdakı hədəflərinə raket atdıqdan bir neçə saat sonra hərbi qüvvələri yüksək hazırlıq vəziyyətində olduğu zaman vurub. Aviaqəzada rolunu günlərlə rədd etdikdən sonra şənbə günü Tehran bunu faciəvi səhv adlandıraraq etiraf edib.

Bir çoxu tələbə olan etirazçılar o vaxtdan bəri gündəlik nümayişlər keçirir, “Din adamları yox olun!” şüarları səsləndirirlər. 30 ildən çox hakimiyyətdə olan ali lider Ayətullah Əli Xameneyin hakimiyyətdən uzaqlaşdırılmasına çağırış edirlər.

Polis etirazlara şiddətli basqı ilə cavab verib. Sosial mediada yayımlanan video görüntülərdə polisin etirazçıları dəyənəklərlə döydüyü, yaralıların daşındığı, küçədəki qan hovuzları və silah səsləri əks olunub.

İran polisi etirazçılara atəş açmağı rədd edib. Ədliyyə iğtişaşlarda 30 nəfərin tutulduğunu, ancaq hakimiyyətin “qanuni etirazlara” dözümlülük göstərəcəyini deyib.

Müstəqil xəbərlərin məhdudlaşdırılması səbəbindən iğtişaşların genişliyini qiymətləndirmək çətindir. Gündüz saatlarında güclənən nümayişlər gecə saatlarında toqquşmalara şahidlik edir.

Ana səhifəDünyaİran təyyarə qəzasına görə həbsləri davam etdirir