İran 17 CIA şübhəlisini həbs edib

“Bəziləri ölümə məhkum edilib, bəziləri isə uzunmüddətli həbs cəzası alıb,” – adı açıqlanmayan nazirlik rəsmisi deyib.

Source: Foto: google.az

''Bəziləri ölümə məhkum edilib, bəziləri isə uzunmüddətli həbs cəzası alıb''

İran rəsmiləri deyiblər ki, CIA casusluğunda ittiham edilən 17 şübhəli həbs olunub və onlardan bəzilərinə ölüm hökmü verilib, – Azadlıq Radiosu xəbər verir.

İranın Kəşfiyyat Nazirliyi iyulun 22-də deyib ki, İranın təhlükəsizlik orqanları CIA-in "casus şəbəkəsi" kimi təsvir etdikləri qrupu "müvəffəqiyyətlə dağıdıb".

"Bəziləri ölümə məhkum edilib, bəziləri isə uzunmüddətli həbs cəzası alıb," – adı açıqlanmayan nazirlik rəsmisi deyib.

"Müəyyən edilmiş casuslar iqtisadi, nüvə, infrastruktur, hərbi və kiber sahələrdə, həyati əhəmiyyətli özəl sektor mərkəzlərində çalışıblar … və bu müddət ərzində gizli məlumat toplayıblar," – nazirlik bəyanatında bildirib.

İran dövlət mediası İrandakı xəfiyyələrlə əlaqədə olan CIA rəsmilərinin rəsimlərini də yayınlayıb.

ABŞ-ın may ayında İrana qarşı tətbiq etdiyi sanksiyalar yenidən canlandıqdan sonra İranla Qərb arasında münasibətlər gərginləşib. İyulun 4-də “British Royal Marines” Cəbəllütariq boğazında İrana məxsus tanker ələ keçirdikdən sonra İran da keçən həftə Hörmüz boğazında Britaniya tankerini ələ keçirib. Qərb İranı Avropa Birliyinin sanksiyalarına zidd olaraq neftin qeyri-qanuni yolla Suriyaya daşınmasında ittiham edir.

Ana səhifəDünyaİran 17 CIA şübhəlisini həbs edib