İqtisadçı pensiya artımını şərh etdi

”Bu da uğurlu sosial siyasət – yaşayış minimumu azı 50 manat bahalansın, sənin gəlirlərin 12-13 manat artsın…”

Source:


”Bu da uğurlu sosial siyasət – yaşayış minimumu azı 50 manat bahalansın, sənin gəlirlərin 12-13 manat artsın…”

Prezidenti İlham Əliyev əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamla əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib.

Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.

Nazirlər Kabinetinə  sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

İqtisadçı Rövşən Ağayev sərəncamla bağlı Facebook səhifısində yazdığı şərhi “Niyə yaşayış minimumunun dəyərinə yenidən baxılmadan indeksasiya aparılır” sualıyla başlayıb.

“Hökumət pensiyaların baza hissəsini 10 manat artırdı – 100 manatdan 110 manata qaldırdı. 2016-cı il üçün pensiyaçılar üçün yaşayış minimumu isə 115 manat təsdiqlənmişdi. Bu məbləğin hələ qiymətlər 45-50 faiz artmamış pensiyaçının aylıq minimimum ehtiyaclarını nə dərəcədə qarşılaya biləcəyi bir ayrı müzakirə mövzusudur. Amma gərək hökumətimiz son qiymətlərin artımına nəzərə alıb rəsmi təsdiq elədiyi yaşayış minimumunun dəyərinə yenidən baxdıqdan sonra indeksasiya aparaydı. Bilirsiniz bu addım niyə atılmadı? Çünki nə qədər qiymət artmının təsirini azaltsaydılar, məlum olacaqd ki, həmin yaşayış minimumu azı 40-50 manat bahalanıb. Belədə təbliğatçılar ahıl insanlarımıza necə izah edəcəkdilər ki, sizin aylıq xərciniz qiymət bahalaşması nəticəsində, məsələn 50 manat artdığı halda hökumət sizin pensiyaları 10 manat artırması fövqəladə qayğının nəticədir”.

İqtisadçı qeyd edib ki, 1.3 miylon nəfərə yaxın pensiyaçının təxminən 1 milyon nəfəri əmək pensiyası alır. Qeyri-rəsmi məlumata görə bu insanların da azı 70-75 faizinin pensiyası 160-170 manatı ətrafındadı. Yaxın günlərdə isə hökumət baza pensiyasının üzərindəki həmin 60-70 manatı (sığorta hissəsini) 2015-ci ilin inflyasiyasına uyğun 2-3 manat artıracaq. “Bu da uğurlu sosial siyasət – yaşayış minimumu azı 50 manat bahalansın, sənin gəlirlərin 12-13 manat artsın…”,-deyə Ağayev fikrini bitirib.

Ana səhifəXəbərlərİqtisadçı pensiya artımını şərh etdi