İqtisadçı hökumətin qeyri-neft sektoru barədə fikirlərini nağıl hesab etdi

“Son 10 ildə ölkədə real sektorun böyüməsi, regionların inkişafı ilə bağlı dövlət büdcəsindən milyardlarla manat xərclənib, amma nəticə yoxdur, real sektor inkişaf edə bilmir”

Source:


“Son 10 ildə ölkədə real sektorun böyüməsi, regionların inkişafı ilə bağlı dövlət büdcəsindən milyardlarla manat xərclənib, amma nəticə yoxdur, real sektor inkişaf edə bilmir”

Sentyabrın 5-də Dövlət Statistika Komitəsi (DSK) idxal-ixrac əməliyyatları haqqında rəsmi məlumat yayıb. Məlumatda 7 ay ərzində xarici ticarət dövriyyəsinin həcmi 24,2 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 19,3 milyard dollar, idxalın həcmi 4,9 milyard dollar təşkil edib, nəticədə 14,4 milyard dollarlıq müsbət saldo yaranıb.

REAL İdarə Heyərinin üzvü, iqtisadçı Natiq Cəfərov diqqət çəkən məqam kimi ixracda qeyri-neft sektorunun payının yenə az olmasını göstərib: 968,1 milyon dollar.

O, DSK-nin məlumatını Facebook səhifəsində belə şərh edib: “Son 10 ildə ölkədə real sektorun böyüməsi, regionların inkişafı ilə bağlı müxtəlif proqramlar qəbul edilib, dövlət büdcəsindən milyardlarla manat vəsait xərclənib. Amma nəticə yoxdur, real sektor inkişaf edə bilmir. Bunun obyektiv və subyektiv səbəbləri var. İqtisadi nəzəriyyəyə söykənən obyektiv səbəb budur ki, Azərbaycan manatı çox bahalıdır, hökumət illərdir manatın baha olması üçün vəsait xərcləyir, kursunu sabit saxlayır, bu isə yerli istehsalçıları qane etmir, yerli istehsal azalır, sıradan çıxır. Digər səbəb bank kreditlərinin bahalığı və əlçatan olmamağıdır”.

Natiq Cəfərov subyektiv amillərıə toxunaraq bildirib ki, bu isə xronikidir: korrupsiya və inhisarçılıq. Korrupsiya və inhisarçılıq aradan qalxmasa, ölkədə rəqabətli iqtisadi mühit yaranmasa, real sektorun inkişafı mümkün olmayacaq.

“Daha bir səbəb azad məhkəmələrin olmaması, mülkiyyət toxunulmazlığının təmin edilməməsidir. Bunlar fundamental məsələlərdir, həlli mümkün olmayınca normal iqtisadi model qurmaq, real iqtisadiyyatı inkişaf etdirmək mümkün olmayacaq. Bir sözlə, hökumətin “qeyri-neft sektoru inkişaf” edir sözləri, sadəcə nağıldır, rəsmi rəqəmlər bunu təkzib edir”,-deyə iqtisadçı bildirib.

Ana səhifəXəbərlərİqtisadçı hökumətin qeyri-neft sektoru barədə fikirlərini nağıl hesab etdi