İqtisadçı-ekspert Rövşən Ağayev qısamüddətli taktiki addımları göstərdi

“Taktiki addımlar manatın sabitləşdirilməsinə paralel olaraq iqtisadiyyatı pul defisitindən azad etməkdir”

Source:


“Taktiki addımlar manatın sabitləşdirilməsinə paralel olaraq iqtisadiyyatı pul defisitindən azad etməkdir”

“Prezident yanında müşavirədən yayılan xəbərlər göstərir ki, hökumət iqtisadiyyatın pul defisiti problemini həll etmək üçün bir sıra addımlar atmaq niyyətindədi. Özəlləşdirmə, bank sektorunun sağlamlaşdırılması ilə bağlı mesajlar da bunu göstərir”.

Bu sözləri sözügedən müşavirəni şərh edən iqtisadçı Rövşən Ağayev öz Facebook səhifəsində yazıb:

“Əslində uzunmüddətli dövrdə həyata keçiriləcək strateji addımlar hamıya aydındı – icra hakimiyyətinin fəaliyyətinin yenidən qurulması, yerli və regional idarəetmənin kökündən yenidən qurulması, mülkiyyət toxunulmazılığına təminatların gücləndirilməsi (xüsusilə məhkəmə islahatları), vətəndaş cəmiyyətinin gücləndirilməsi, iqtisadiyyatın və ixracın diversifikasiyası ilə bağlı dəqiq hədəflərin müəyyən edilməsi, təhsil səviyyəsinin yüksəldiləməsi və texnoloji potensialın gücləndirilməsi strateji istiqamətlərdir”.

İqtisadçı hesab edir ki, qısamüddətli taktiki addımlar manatın sabitləşdirilməsinə paralel olaraq iqtisadiyyatı pul defisitindən azad etməkdir: “Bu istiqamətdə təcili taktiki addımlar hansılar ola bilər:

1. Hökumət büdcə kəsirini xarici borcanma ilə deyil, daxili borclanma vasitəsilə örtməlidir. Bu, qısamüddtəli istiqrazların həcminin artırılmasını və birbaşa əhaliyə satılmasını nəzərdə tutur. 3,6 və 12 aylıq istiqrzların illik 4-6 faizlə satışı əhali üçün cəlbedici ola bilər. Bu, valyuta bazarına təzyiqi də azalda, əhalinin əlindəki sərbəst vəsaitlər hesabına pul təklifini artıra bilər;

2. Böyük korporativləşmə proqramı elan edilməlidir. Satış və ixrac bazarları olan şirkətləri (Gilan, Azərsun, Ataholdinq) öz səhmlərinin müəyyən hissəsinin xarici investorlara satılmasına həvəsləndirmək lazımdır. Bu, həm ölkəyə valyuta axınının təmin edilməsi, həm xaric sərmayənin ölkəyə marağının artırılması baxımından nəticə verə bilər;

3. Neft Fonduun vəsaitlərinin banklar vasitəsilə iqtisadiyyata inyeksiya edilməsi ilə bağlı təkliflər var. Hökumət Neft Fondunun vəsaitlərini banklara yalnız o şərtlə yerləşdirməlidir ki, həmin bankların səhmlərində iştirak etsin – yəni bu vəsaitlər dövlətin payı qismində iqtisadiyyata buraxılsın. Böhrandan sonrakı dövrdə dövlət öz payıı strateji investora satmaqla Neft Fondunun aktivlərini də geri qaytara bilər.

4. Hökumət kredit sığortası fondu yaratmalıdır. Bu fond sabit məzənnə əsasında kreditləri sığortalamaqla bankların riskini azalda bilər”.

Ana səhifəXəbərlərİqtisadçı-ekspert Rövşən Ağayev qısamüddətli taktiki addımları göstərdi