İqtisadçı: 2018-ci il tənəzzül ili kimi tarixə düşəcək

”Kredit qoyuluşlarının səviyyəsi isə 30 faizdən çox enib”

Source:
Nemət Əliyev
Nemət Əliyev

”Kredit qoyuluşlarının səviyyəsi isə 30 faizdən çox enib”

“Ölkədə əlverişli investisiya iqliminin olması haqqında çox danışılsa da, faktlar tamam fərqli nəticələrin olduğunu deyir. Bu ilin yanvar-fevral dövründə iqtisadi vəziyyət daha da pisləşib. Davamiyyət bu cür olsa, 2018-ci il də tənəzzül ili kimi tarixə düşəcək” – iqtisadçı Nemət Əliyev belə deyir.

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlardan isə məlum olub ki, ölkə iqtisadiyyatına yönələn sərmayələr ötən ilə nəzərən bu il 18,2 faiz azalıb. Kredit qoyuluşlarının səviyyəsi isə 30 faizdən çox enib.

Nemət Əliyev deyir ki, bu, çox böyük itkidir. Belə bir şəraitdə iqtisadi artım haqqında irəli sürülən iddiaların heç bir əsası yoxdur:

“Müəssisə və təşkilatların sərmayəsi 28, bankların 22, büdcədənkənar fondlarınkı isə 43 faiz azalıb. Əsas kapitala yatırımların iki aylıq həcmi büdcədən, əhalidən və digər mənbələrdən daxil olan vəsaitlər hesabına üst-üstə 126 milyon manat artsa da, müəssisə və təşkilatlarn, bankların və büdcədənkənar fondların öz vəsaitlərini geri çəkməsi hesabına 507 milyon manat azalıb və nəticədə ümumi yatırımların səviyyəsi 381 milyon manat düşüb”.

İqtisadçı deyir ki, bu rəqəmlər ölkədəki əlverişli investisiya iqliminin yaranması haqda rəsmilərin danışıqlarını yalanlayır:

“Rəsmi açıqlamalar eləcə söz-söhbət imiş, gerçəkliklə əlaqəsi yox imiş. Hazırkı gedişat ilin sonuna heç bir nikbin perspektiv vəd etmir. Bilmək lazımdır ki, dedi-qodularla xalqın güzəranının pisləşməsini durdurmaq, nəhayət, onu yaxşılaşdırmaq mümkün deyil. Odur ki, söz-söhbətlərdən real işə keçmək, gerçək islahatların önünü açmaq lazımdır”.

“Son 10 ildə Azərbaycana 230 milyard dollar sərmayə yatırılıb. Biz nəinki öz ölkəmizə, region ölkələrinə də sərmayə yatırırıq”.

Bu sözləri isə Azərbaycan prezidenti İlham Əliyev martın 15-də keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində

deyib

.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban rəsmi rəqəmlər və bəyanatlar əsasında ölkəyə nə qədər sərmayə yatırıldığını dəqiqləşdirmək istəyib. Məlum olub ki, verilən məlumatlar bir-birinə uyğun gəlmir.

İlham Şaban
İlham Şaban

– Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda İlham Əliyev

deyib

:

“Ölkə iqtisadiyyatına 231 mlrd sərmayə qoyulub. Onu da deməliyəm ki, müstəqillik dövründə Azərbaycana yatırılan sərmayələrin 93 faizi son 14 ildə qoyulmuşdur”.

– İqtisadiyyat nazirinin müavini Sahil Babayev 2017-ci il oktyabrın 24-də Bakıda “Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru” mövzusunda keçirilən beynəlxalq investisiya konfransında

deyib

:

“1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 233,5 mlrd dollar həcmində investisiya qoyulub. Bunun 111 mlrd dollarını xarici investisiyalar təşkil edir”.

– 11 fevral 2016-cı ildə Baş nazirin müavini İsmət Abasov ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət nazirinin müavini Jolt Çutoranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib:

“Ötən 12 ildə ölkəmizin iqtisadiyyatına 200 mlrd dollar sərmayə qoyulub. Bunun 100 mlrd dolları xarici sərmayədir”.

Ana səhifəXəbərlərİqtisadçı: 2018-ci il tənəzzül ili kimi tarixə düşəcək