İqtisadçı: 11 il əvvəl məktəbə gedən uşaqların 30 faizi məzun ola bilməyib

“Məsələn, oğlan şagirdlərin 18 min 873 nəfəri (29,3%) tam orta təhsil almadığı halda qızlarda bu göstərici 16 min 909 nəfərdir (30,5%)”.

Source: Foto: arxiv


Samir Əliyev: "Qızlarla müqayisədə oğlanlarda vəziyyət nisbətən pisdir"

“11 il əvvəl məktəbə gedən uşaqların 30 faizi məzun ola bilməyib”.

İqtisadçı Samir Əliyev Təhsil Nazirliyinin 2020-2021-ci tədris ilində məktəbəqədər və ümumi təhsil müəssisələri ilə bağlı yaydığı açıqlamanı şərh edərkən

bildirib

.

“Təhsil nazirliyinin açıqlamasına görə, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 min 69 nəfər şagird bitirəcək. Bu məzunlar 2010/2011-ci tədris ilində orta məktəbə ilk dəfə qədəm qoymuş şəxslərdir”, – iqtisadçı “Facebook” səhifəsində qeyd edib.

Rəsmi məlumatlar göstərir ki, həmin tədris ilində ölkə üzrə 1-ci siniflərə gedən şagirdlərin sayı 119 min 851 nəfər olub.

Samir Əliyev
Samir Əliyev

"Göründüyü kimi, 2010/2011-ci tədris ilində orta məktəbə getmiş şagirdlərin təxminən 30%-i və ya 35 min 782 nəfəri orta təhsili tam başa vura bilməyib. Bu şəxslərin bir hissəsi 9-cu sinfi bitirdikdən sonra orta ixtisas və peşə təhsilinə üz tutsalar da, tam orta təhsili ala bilməyənlər kifayət qədərdir”, – Samir Əliyev belə deyib.

Gender təhlili aparan iqtisadçının fikrincə, qızlarla müqayisədə oğlanlarda vəziyyət nisbətən pisdir: “Məsələn, oğlan şagirdlərin 18 min 873 nəfəri (29,3%) tam orta təhsil almadığı halda qızlarda bu göstərici 16 min 909 nəfərdir (30,5%)”.

“Nazirliyin digər açıqlamasına görə, bu il IX sinifləri 131 min 227 nəfər bitirəcək. Bu siniflərin şagirdləri 1-ci sinifə 2012/2013-cü ilə gediblər və həmin vaxt onların sayı 135 min 425 nəfər olub. Nəticədə 4 min 198 nəfər 9-cu sinfi bitirə bilməyib. Bunların 2261-i oğlanların, 1937-si qızların payına düşür”, – iqtisadçı əlavə edib.

Ana səhifəSosialİqtisadçı: 11 il əvvəl məktəbə gedən uşaqların 30 faizi məzun ola bilməyib