İntiqam Əliyevin vəkilləri istintaqdan kənarlaşdırıldı

“Məqsəd İntiqam Əliyevin müdafiəsini zəiflətməkdir”.

Source:


“Məqsəd İntiqam Əliyevin müdafiəsini zəiflətməkdir”.

Tanınmış hüquq müdafiəçisi, vicdan məhbusu İntiqam Əliyevin bir neçə vəkilini müdafiəsindən kənarlaşdırıblar.

Məlumatı Meydan TV-yə vəkil Anar Qasımlı verib. Onun sözlərinə görə, Cavad Cavadovdan başqa İntiqam Əliyevin bütün vəkillərini şahid qismində dindiriblər: “Cavad Cavadovdan başqa İntiqam Əliyevin bütün vəkillərini işdən kənarlaşdırıblar. İş üzrə şahid qismində dindirilmə zərurəti yaranıb. Yəni bir işdə həm vəkil, həm şahid ola bilməz. Məqsəd bizi İntiqam Əliyevin müdafiəsindən kənarlaşdırmaq, müdafiəni zəiflətməkdir”.

Anar Qasımlı vəkillərin bu barədə açıqlama yayacağını da bildirib.

Eyni zamanda, İntiqam Əliyevin oğlu Nəcmin Əliyev Facebook səhifəsində atasının 4 vəkilindən 3-ün onun müdafiəsindən kənarlaşdırıldığını yazıb.

Ana səhifəXəbərlərİntiqam Əliyevin vəkilləri istintaqdan kənarlaşdırıldı