İntiqam Əliyevin və Rəsul Cəfərovun vəsatətləri təmin olunmadı

Source:

İyulun 21-də Bakı Apellyasiya Məhkəməsində hüquqşünas İntiqam Əliyevin və hüquq müdafiəçisi Rəsul Cəfərovun şikayətlərinə baxılıb. İntiqam Əliyevin məhkəməsinə hakim Mirzəli Abbasov sədrlik edib. Rəsul Cəfərovun prosesi isə Həsən Əhmədovun sədrliyi ilə keçirilib.

İntiqam Əliyevin vəkili Elçin Sadıqov deyib ki, onların qaldırdığı vəsatətlər rədd edilib. “Alternativ ekspertiza rəyi alınmışdı, amma o da rədd edildi. Hlabuki, həmin rəydə imzaların Əliyevə məxsus olmadığı və onun imzalarının təqlid edildiyi müəyyən olunub”.

Meydan TV-nin prosesi izləyən əməkdaşları Rəsul Cəfərovun məhkəməsində də vəsatətlərin rədd edildiyini deyiblər: “Şüşə kameradan çıxarılması və ev dustaqlığına buraxılması vəsatətini qaldırsalar da, təmin olunmayıb. Proses iyulun 31-ə təxirə salınıb”.

Ana səhifəXəbərlərİntiqam Əliyevin və Rəsul Cəfərovun vəsatətləri təmin olunmadı