Artıq bir çoxlarına 7 min 500 manat kompensasiya təklif etməyə başlayıblar
“Hüquq Maarifçiliyi Cəmiyyəti”nin sədri, tanınmış hüquqşünas İntiqam Əliyevin həbsi müxtəlif prizmalardan yozulur. Ancaq Demokratik Qüvvələrin Milli Şurasının sədri, həbs olunanların Müdafiə Komitəsinin həmsədri Cəmil Həsənli İntiqam Əliyevin həbsinin arxasında Avropa Məhkəməsinə göndərilən onlarla şikayətin dayandığını düşünür.
Meydan TV-yə müsahibə verən Cəmil Həsənli bildirib ki, İntiqam Əliyevin həbsinin arxasında 2010-cu ildə Avropa İnsan Haqları Məhkəməsinə göndərilən işlər dayanır: “Təsəvvür edin ki, göndərilən 76 şikayətdən 51-i kommunikasiya üçün qəbul olunub, artıq son mərhələdir. Hakimiyyət bu şikayətlərin 99 faizinin qəbul olunacağını çox yaxşı bilir, yəni məhkəmə iddiaları təmin edəcək. Beləliklə, ayrı-ayrı ərziə verənlərlə görüşür və onlara hüquqlarının pozulduğunu bildirir, amma kompensasiya ödəyirlər, bir şərtlə, ərizələrini geri götürsünlər”.
C.Həsənli əmin deyil ki, 51 nəfərin böyük hissəsi hökumətin şərtlərini qəbul edəcək. Təsəvvür edin ki, söhbətə çağrılan adamlara 7 min 500 manat kompensasiya təklif edirlər, təki ərizələrini geri götürsünlər”.
Ancaq Müdafiə Komitəsinin sədri hakimiyyətin bu adamların böyük hissəsinin ərizəsini geri götürəcəyinə arxayın olmadığını düşünür: “Ona görə bu işlərin böyük hissəsinin vəkili İntiqam Əliyevi həbs etməklə kommunikasiyanı dayandırırlar. Bildinizmi, İntiqam Əliyevin həbsinin arxasında nələr dayanır?!”.
Siyasi məhbuslarla bağlı Cəmil Həsənli ilə daha geniş müsahibəyə avqustun 20-də meydan TV-də izləyə bilərsiz.