Prosesə hakim Rasim Sadıxov sədrlik edəcək
Hüquq müdafiəçisi İntiqam Əliyevin məhkəməsinin vaxtı məlum olub. Yanvarın 16-da saat 11.00-da başlayacaq məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.
Məhkəmə prosesinə hakim Rasim Sadıxov sədrlik edəcək.
İntiqam Əliyev ötən ilin avqustun 8-də qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, sui-istifadə ittihamları ilə həbs olunub.