İntiqam Əliyevin məhkəməsi davam edir

Hakim vəkilin suallarını protokoldan çıxarır

Source:


Hakim vəkilin suallarını protokoldan çıxarır

Martın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi, “Hüquq Maarifçiliyi” Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Rasim Sadıxov sədrlik edib.

Meydan TV-nin məhkəmədə iştirak edən əməkdaşının sözlərinə görə, prosesişdə zərərçəkmiş kimi göstərilən Gülşən Orucovanın ifadəsi ilə davam edib.

İntiqam Əliyevin vəkili Elçin Sadıqov zərəçəkənin ifadəsinin ibtidai istintaq zamanı verdiyi ifadə ilə uyğun gəlmədiyini əsas gətirərək, ona bir neçə sual verib. Vəkilin “İntiqam Əliyev indiyədək bacınıza pul veribmi” sualına Gülşən Orucova “xeyr” cavabını verib. Vəkil onun ifadəsində “İntiqam Əliyev bacıma 500 manat verirdi” cümləsini qeyd etdiyini xatırladıb.

Hakim sualı protokoldan çıxarıb.

Meydan TV əməkdaşının sözlərinə görə, hakim vəkilin ziddiyyətli məqamlara aydınlıq gətirmək üçün verdiyi bir neçə sualı da protokoldan çıxarıb.

Proses 14.30-da davam etdiriləcək.

Ana səhifəXəbərlərİntiqam Əliyevin məhkəməsi davam edir