İntiqam Əliyev yuxusuzluqdan əziyyət çəkir

Vəkilləri hüquqşünasın səhhəti ilə bağlı vəsatət qaldırmaq niyyətindədirlər

Source:


Vəkilləri hüquqşünasın səhhəti ilə bağlı vəsatət qaldırmaq niyyətindədirlər

Noyabrın 18-də vəkillər Elton Quliyev və Cavad Cavadov Kürdəxanı təcridxanasında hüquq müdafiəçisi İntiqam Əliyevə baş çəkiblər.

Vəkil E.Quliyev “Turan İA”-a bildirib ki, hüquq müdafiəçisi sərbəst hərəkət edə bilib, nitqi normaldır. Bununla belə, səhhəti ilə bağlı müəyyən problemləri var. Vəkil xatırladıb ki, həbsdən öncə İ.Əliyevin səhhətində problemlər olub və o, m

üalicə alıb. Həbs və təcridxana şəraitində saxlanma onun səhhətinə mənfi təsir göstərib və durumu bir neçə dəfə pisləşib. İ.Əliyev yuxusuzluqdan əziyyət çəkir ki, bu da ümumi vəziyyətinə təsir edir.

“İntiqam Əliyevin səhhəti onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə əsas verirmi?”

Bu sualın cavabında vəkil E.Quliyev deyib ki, səhhətilə bağlı birtərəfli rəyi tibb işçiləri verə bilər. O qeyd edib ki, Cinayət-Prosessual Məcəlləyə uyğun olaraq məhkəmə tərəfindən seçilmiş həbs qətimkan tədbiri yalnız məhkəmə tərəfindən dəyişdirilə və ya ləğv edilə bilər: “Lakin qanunvericiliyə əsasən iki halda müstəntiq məhkəmə tərəfindən seçilmiş həbs qətimkan tədbirini dayandıra bilər: ağır xəstəliklə əlaqədar həbsdə saxlanmasının mümkünsüz olması barədə tibbi rəyin olduğu halda; törədilənlərin böyük ictimai təhlükəli cinayət olmamasına tövsif  edilməsi haqda qərarın çıxarılması halda. İ.Əliyevə gəlincə, istintaq hələlik ittihamı yumşaltmaq niyyətində olduğunu nümayiş etdirmir. Lakin birinci haldan istifadə olunması üçün əsas var”.

Bununla əlaqədar müdafiə tərəfi İ.Əliyevin səhhəti barədə tibbi təyinatına dair vəsatət qaldırmaq niyyətindədir.

Bundan əvvəl tibbi müayinə İ.Əliyevdə osteoxondroz və bel yırtığının olduğunu təsdiqləyib. Lakin rəy vəkillərə verilməyib.


İntiqam Əliyev avqustun 8-də həbs olunub. O, vergidən yayınmada, vəzifə səlahiyyətindən sui-istifadədə və qanunsuz sahibkarlıqda ittiham olunub. İ..Əliyev bütün ittihamları rədd edərək onları siyasi motivli sayır.

Ana səhifəXəbərlərİntiqam Əliyev yuxusuzluqdan əziyyət çəkir