İntiqam Əliyev mətbuata açıqlama verib ki, ona qarşı təqsirləndirilən şəxs qismində ittiham irəli sürülüb. O, əlavə edib ki, hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyətinin nümayəndələrinə qarşı repressiya aparılır. İ. Əliyev jurnalistlərdən xahiş edib ki, onun yox, digər məhbuslarının vəziyyəti ilə maraqlansınlar. Son məlumata görə, İntiqam Əliyevi Ağır Cinayətlərə dair İdarədən ofisinə aparıblar, onun iştirakı ilə axtarış aparmaq üçün.