İntiqam Əliyev: “Çıxarılacaq qərarı bilirəm”

Aprelin 7-də hüquqmüdafiəçisi İntiqam Əliyevin növbəti məhkəmə prosesi keçirilib.

Source:

Rasim Sadıqovun sədrliyi ilə keçən məhkəmədə şahid qismində İyanəHəbibova ifadə verib. O, ifadəsində bildirib ki, mühasib olub və bundan başqa müxtəlif müqavilələrin hazırlanmasını həyata keçirib. Dövlət ittihamçısının “Hüquq Maarifçiliyi Cəmiyyəti”nin möhürünün olub-olmaması ilə bağlı verdiyi suala İyanəHəbibova “olub” cavabını verib. Dövlət ittihamçısının növbəti sualıİntiqam Əliyevin və mühasiblərin ayrıca otağının olub-olmaması və sənədlərin saxlandığı seyfin kimin otağında olması ilə bağlı olub. Şahid həmin seyfin İntiqam Əliyevin otağında olduğunu deyib.

Dövlət ittihamçısının qrant layihələri ilə bağlı verdiyi suallara İntiqam Əliyev etiraz edib.O, 2014-cü ildə yalnız bir layihənin Ədliyyə Nazirliyində qeydiyyata alınmadığı üçün həyata keçirilmədiyini və ayrılan pulun hələ də bankda olduğunu bildirib.

Dövlət ittihamçısının növbəti sualını cavablandıranİyanəHəbibova sənədlərdəki imzaların ona məxsus olduğunu təsdiqləyib.

Məhkəmənin davamındadövlət ittihamçısı vəsatət qaldıraraq, prosesdən uzaqlaşdırılan vəkillərin yenidən şahid qismində ifadə vermələrini istəyib. İntiqam Əliyev vəsatətə etiraz edib və belə bir şeyin heç vaxt praktikada olmadığını vurğulayıb.

Prosesdə zərərçəkən kimi tanınan Sadiq Bağırov məhkəmədən xəttşünaslıq ekspertizasının təyin eilməsini xahiş edib. Buna İntiqam Əliyev də dəstək olub. O bildirib ki, “Proses çox uzanır və mən evimə-eşiyimə getmək istəyirəm. Ev-eşik deyəndə Kürdəxanını nəzərdə tuturam. Artıq uzun illərdir ki, vicdanlı insanlıarın evinə çevrilib həmin həbsxana. Mən də ora, öz dostlarımın yanına getmək istəyirəm”.

Hakim vəsatətləri təmin etməyib. Xəttşünaslıq ekspertizası isə təyin olunub.

Məhkəmə aprelin 14-ü, saat 14:00-da davam edəcək.

Ana səhifəXəbərlərİntiqam Əliyev: “Çıxarılacaq qərarı bilirəm”