İntihar edən şəxsin kimliyi məlum deyil

Source:

Ötən gecə Sabunçu rayon ərazisində körpüyə çıxaraq intihar edən şəxsin kimliyi müəyyən edilməyib. Bu barədə Sabunçu rayon polis şöbəsindən “Meydan.tv”yə məlumat verilib. Polis əməkdaşı şəxsin üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirib. Onun kimliyinin nə vaxt müəyyən ediləcəyinə gəlincə işçi “bu aylar, illər də çəkə bilər” deyib. Şöbədən bildiriblər ki, intihar edən şəxsin təqribən 25-30 yaşları olub. Onun nəyə görə intihar etdiyi aydınlaşdırılmayıb. Polis işçisi deyib ki, hadisə ilә bağlı araşdırma aparılır.

Ana səhifəXəbərlərİntihar edən şəxsin kimliyi məlum deyil