Sevil Mirzəyeva 190 saylı Bərdə rayon hərbi hissəsində xidmət edən oğlu Rüstəm Quliyevin yanvarın 12-də özünü öldürməsi haqda deyilənlərlə razılaşmayaraq, onun öldürüldüyünü iddia edir. O deyir ki, oğlunun meyidinin sinə nahiyyəsində tikiş izləri olub. Amma meyiti gətirən hərbiçilər, hətta ərazinin bələdiyyə işçiləri də ailəyə övladlarının bədəninə baxmağa imkan verməyiblər.