İnsan orqanı alverində təqsirləndirilən şəxs həbs edilib

DTX: “Vətəndaşlar insan orqanlarının transplantasiyasına vadar edilirdilər”

Source:
DTX
DTX


DTX: “Vətəndaşlar insan orqanlarının transplantasiyasına vadar edilirdilər”

İnsan orqanlarının alqı-satqı obyekti olmaması barədə Azərbaycan Respublikası qanunlarının tələblərinə zidd olaraq ölkə ərazisində orqan alveri ilə məşğul olan Xudadatov Vahib Fəxrəddin oğlu həbs edilib.

Bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında

deyilir.

Məlumatda deyilir ki, DTX tərəfindən saxlanılan V.Xudadatov barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.

DTX bildirib ki, V.Xudadatov Azərbaycan Respublikası vətəndaşlarını asılı vəziyyətə salıb qanunsuz tələblər irəli sürən, insanları orqanlarının transplantasiyasına vadar edən transmilli şəbəkənin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında başlanılan cinayət işi çərçivəsində saxlanılıb.

V.Xudadatov həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil etməkdə təqsirləndirilir.

Vahib Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.

Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.

Ana səhifəXəbərlərİnsan orqanı alverində təqsirləndirilən şəxs həbs edilib