10 dekabr Ümumdünya İnsan Hüquqları Günüdür. Bugün tarixdə insanın təməl hüquqlarının kağıza köçürüldüyü – İnsan Hüquqları Bəyannaməsinin qəbul edildiyi gündür. Beynəlxalq təşkilatlardan Azərbaycanı daima insan haqlarının pozulduğu ölkələr sırasına daxil edir. Hakimiyyət rəsmiləri isə bu qəbildən tənqidləri qəbul etmir.
Müxalif kəsim, əsasasən, sərbəst toplaşmaq, söz və ifadə azadlığının pozulmasından şikayətlənir. Sıravi vətəndaşlar isə adətən işsizlik, sosial təminat hüququndan kənarda qalmaqdan narazıdır. Meydan TV ötən il ərzində yadda qalan hüquq çağırışları ilə bağlı süjet hazırlayıb.