Müraciətdə AŞPA Nazirlər Komitəsinə sədrliyi dövründə Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalarlardan da danışılır
İnsan Haqları Evləri şəbəkəsinə daxil olan 10 təşkilat və 46 beynəlxalq QHT prezident İlham Əliyevə birgə məktubla müraciət ediblər.
Onlar vətəndaş cəmiyyətinə qarşı represiyalara son qoyulmasına, hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev, Bəşir Süleymanlının dərhal azadlığa buraxılmasına çağırıblar.
Leyla Yunusun və İntiqam Əliyevin səhhəti ilə bağlı ciddi narahatlıq ifadə edilib.
Qeyd olunub ki, Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi dövründə ölkədə vətəndaş cəmiyyətinə qarşı görünməmiş repressiyalar baş verib.(Turan İA)