İnsan alveri: üstdən aşağı baxılan və istismar olunan Azərbaycan qadınları (2-ci hissə)

Noyabrın 25-dən - Beynəlxalq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günündən, 10 dekabr, İnsan Hüquqları Gününə kimi - Cinsi Balanslı Zorakılıq əleyhinə 16 Aktivlik Günü dünyanın hər yerində qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün hərəkətə keçmək vaxtıdır. Bu il UNITE (BİRLƏŞMƏK) kampaniyası 2030-cu ilədək davamlı inkişafın əsas prinsipini əks etdirən "Heç kimin arxasınca getməyin: Qadın və qızlara qarşı zorakılığa son qoyun"  mövzusu  ətrafında Cinsi  Balanslı Zorakılıq əleyhinə 16 Aktivlik Günü keçirəcək. 16 Aktivlik Gününün bir hissəsi kimi Meydan TV insan alveri ilə bağlı əhatəli mövzular nəşr edir. Bu, dörd hissənin ikincisidir.

Xəyalənin yaşadığı kəndin yaxınlığında kişilərin və oğlanların yığışdığı balaca bir internet kafe var. Onların bəziləri video oyunlar oynayır, bəziləri isə fotolara baxır. Qızların ictimai şəkildə internetə çıxış imkanı olmadığından Xəyalə iş axtarmaq üçün qonşusunun kompüterindən istifadə edir. Onun qonşusu olan gənc xanım Bakıda boya-başa çatıb, ailə qurandan sonra Xəyaləgilin kəndinə köçüb. O, Xəyaləyə deyib ki, Bakıda azərbaycanlı qadınlara Türkiyədə və Dubayda iş təşkil edən bir şirkət tanıyır. Üstəlik, Xəyaləyə deyib ki, evdar qadınlar, uşaq baxıcısı, ofisiant xaricdə burda olduğundan daha çox pul qazana bilir. Bakıdakı şirkət Xəyaləni yol uçün lazım olan sənədlər və mənzillə təmin edəcəkdi. Qonşusunun dedikləri Xəyaləni bu şirkətə baş çəkməyə həvəsləndirir.

Xəyalənin qonşusu alver əməliyyatlarında ilk tipik əlaqəni təmsil edən şəxsdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2003-cü ildə qadın alveri ilə bağlı dərc olunan hesabatında bildirilir ki, insan alverçiləri ilə qarşılaşan qadınlara öncə öz yaşadıqları toplumlarda yaxınlaşırlar. Yuxarıda yerləşən qadın alverçiləri bu toplumlarda yaşayan və ətrafındakı qadınlara xaricdə xidmət sektorlarında iş təklif edənlərə pul ödəyirlər. Digər işəgötürmə taktikası kişilərdən istifadə olunaraq gənc və subay qadınlara evlilik təklifi və daha yaxşı həyat kimi şirnikləşdirici sözlər verməklə həyata keçirilir.

Sosial ədalətin bərpası üçün göstərdiyi fəaliyyətinə görə Azərbaycan hökumətinin hədəfinə çevrilən insan haqları müdafiəçisi, eləcə də siyasi məhbus olan Arif Yunus 2013-cü ildə Miqrasiya Siyasəti Mərkəzi üçün insan alverinə dair hesabat yazıb. Onun araşdırmasına görə, Azərbaycanda əksər qadınlar tanıdıqları adamlar tərəfindən işə cəlb olunurlar, əksər hallarda işə götürənlər dostlar və qonşular olur.



Xəyalə yaşadığı bölgəni əvvəllər heç vaxt tərk etməyib. Onun yol çantası olmadığından paltarlarını qalın plastik bazarlıq sumkasına yığır. Ucuz materialdan olan küncləri didilmiş torbanın mavi qırmızı zolaqları uzun müddət istifadə olunduğuna görə solmuşdu. İçərisi əzilən pomidorların suyundan qızarmış, torpaq və soğan iyisi verirmiş. Qış olduğundan, o, bədənindəki göyərmiş ləkələri və dərisinin üzərindəki qançır izlərini üst-üstə geyindiyi paltarlarla örtərək yola düzəlib. Gecənin bir yarısı həyat yoldaşı yuxuya gedəndən sonra evi tərk edib, uşağını da anasının yanına qoyub.

Xəyalə kimi istismara məruz qalan qadınların əksəriyyəti evlərini daha yaxşı həyat qurmaq üçün tərk edirlər. İnsan alveri əksər hallarda dəqiq olmayan formada təqdim olunur: yəni bunlar sadəlövh və köməksiz qadınların başına gəlir. Ekspertlərin biri isə deyir ki, reallıqda həm qadınlar, həm də kişilər təhlükə altına düşürlər, çünki onlar insan alveri haqqında məlumatsız olurlar.

“Onlar insan alverinin nə olduğunu və qurban ola biləcəklərini bilmirlər”, - Əlövsət Əliyev “Skype” vasitəsilə Meydan TV-yə müsahibəsində deyib. “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin keçmiş direktoru olan Əliyev insan haqları sahəsində fəaliyyətinə görə Azərbaycan hökumətinin təqibinə məruz qalıb və siyasi sığınacaq üçün Almaniya hökumətinə müraciət edib.

Bakıya, qonşusunun verdiyi ünvana gələn Xəyaləni özünü işəgötürmə agentliyinin direktoru kimi təqdim edən bir qadın qarşılayır. Həmin qadın Xəyaləyə çay süzür və Türkiyədəki mümkün olan iş yerləri haqqında danışır. O, Xəyalənin şəklini çəkib bildirir ki, pasportu və iş vizası səhər hazır olacaq.

Xəyalə növbəti gün İstanbula yola düşməli idi. Həmin gecə Xəyalə Bakının kənarında əyalətdən olan beş qadınla birlikdə ucuz bir oteldə qalır. Onların hamısı belə tez bir zamanda yaşayış yeri ilə təmin olunmalarına və iş tapmalarına təəccüblənirdilər. Səhər agentliyin qadın əməkdaşı qadınları Bakıdakı Heydər Əliyev adına Hava Limanından İstanbula aparır və özünün də dediyi kimi “təhlükəsizlik” məqsədilə uçuş üçün lazım olan bütün sənədləri özündə saxlayır.

Meydan TV-nin müsahibə aldığı ekspertlər insan alverindən əziyyət çəkən qadınların əsasən Azərbaycanın qərb və cənub bölgələrindən olması haqqında deyilənlərlə razılaşırlar. Azərbaycanın cənubundan olan qadınlar əsasən İrana aparılırlar. Müsahiblər həm də qadınların məişət zorakılığına məruz qaldığını, masaj salonlarına, fahişəliyə məcbur edildiyini, yaxud da Bakıda imkanlı ailələrdə qulluqçu kimi işlədildiyini təsvir edirlər.

Azərbaycandan olan insan haqları üzrə bir araşdırmaçının dediyinə görə, Naxçıvan Muxtar Respublikası Türkiyəyə göndərilən alver qurbanlarının əsas transit məntəqəsidir. Naxçıvan Azərbaycanın İran, Ermənistan və Türkiyə arasında yerləşən ərazisidir.

Ekspertin Meydan TV-yə dediklərinə görə, araşdırma zamanı alverçilərin bir qrup qadını Azərbaycan Hava Yolları vasitəsilə Naxçıvana, ordan isə avtobusla Türkiyəyə apardığını müəyyənləşdirib.



2009-cu ildə Norveç Helsinki Komitəsinin “Azərbaycan Qaranlıq Ada: Naxçıvanda İnsan Haqları Pozuntusu” adlı hesabatında Naxçıvan Azərbaycanın ən repressiv və avtoritar bölgəsi kimi təsvir olunur.

Meydan TV “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovaya Naxçıvandakı insan alverçiləri haqqında sual verəndə orda belə bir problemin olmadığını deyib. Buna baxmayaraq, o, 2005-ci ildəaparılan araşdırma üzrə qısa hesabatda Naxçıvandan xarici ölkələrə satılan 79 qadın və ölkə daxilində istismara məruz qalan 7 qadından müsahibə aldığını bildirib. Hesabata görə, Azərbaycanın sərhəd polisi və gömrük xidməti kimi hüquq-mühafizə orqanları insan alverçilərindən rüşvət alır. Bu, insan alverçilərinin rahat hərəkət etməsinə şərait yaradır.

İstanbulda Xəyalə və digər qadınları böyük tikanlı məftillərlə əhatələnmiş, zəif işıqlandırılmış, şəhər mərkəzindən uzaq və kir-pas basmış mənzilə aparılırlar. Hər bir qadın ayrı-ayrı otaqlara yerləşdirilir. Qadınları bir-birindən ayırdıqdan sonra onları Bakıdan gətirən kişi Xəyaləni qəddarcasına döyür, paltarlarını cırır və fotolarını çəkir. Özünə isə deyir ki, Türkiyəyə gəlməyi üçün ondan pul alıb və indi isə o pulu ancaq fahişə kimi işləməklə ödəyə bilər.

Xəyalənin misalında da göründüyü kimi insan alverçiləri qurbanlar üzərində nəzarət üçün müxtəlif taktikalar seçirlər. 2009-cu ildə Miqrasiya Siyasətinin İnkişafı Beynəlxalq Mərkəzinin yaydığı hesabatda vurğulanır ki, əsas istifadə olunan ənənəvi taktikalar yanlış informasiya, manipulyasiya, informasiya çatışmazlığı və dəstək şəbəkəsidir. Bu taktikalar tez-tez fiziki və seksual zorakılıqla, sənədlərin müsadirə olunması, məvaciblərin verilməməsi, şantaj və hədə-qorxu ilə müşayiət olunur.

Fahişəxananın “madam”ı otaga daxil olur və Xəyaləyə deyir ki, onun adına bank hesabı açılacaq. Qadın Xəyaləyə deyir ki, yol xərcləri və sənədlər üçün sərf olunan pulları ödəmək üçün kifayət qədər pul qazanandan sonra pasportu qaytarılacaq və qalan pulu da özü ilə götürəcək. Amma o, yalan danışıb.

“Madam” yaxud bu sözün alternativi olan “Mama Roza” öz nəzarəti altında olan seks işçilərinin qazancından pay götürən qadınlara deyilir. Xəyalənin hekayəsində “madam” məcburi fahişəlikdən gəlir əldə edən qadın alverçisi idi. 

2014-cü ildə BMT-nin Narkotika və Cinayət Departamentinin İnsan Alverinə dair beynəlxalq hesabatında qeyd olunur ki, Şərqi Avropa və Mərkəzi Asiyada insan alverçilərinin yarısı qadınlardır. Beynəlxalq orta statistik göstərici 30 faizə yaxındır. Bu mövzunu araşdıran mütəxəssislər özləri də alverçilərin yarısının qadınlar olmasına təəccüblənirlər. Azərbaycanlı kişi hüquq müdafiəçisi isə deyir ki, bu cür cinayətlərin məhz qadınlar tərəfindən törədilməsi inanılası kimi deyil.

ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi və koordinatoru 2012-ci ildə Azərbaycana səfəri zamanı hökumətin alverçilərin əksəriyyətinin qadınlar olduğuna dair açıqlamasından narahatlıq keçirdiyini bildirmişdi. O, qeyd etmişdi ki, bu yüksək vəzifəli istismarçıların məqsədli şəkildə həyata keçirdiyi siyasətdir. Qadınlar hüquq-mühafizə orqanları tərəfidən daha tez ifşa olunurlar. O, bildirmişdi ki, qadınları fahişəliyə cəlb edən qadınlardan fərqli olaraq kişilər həbs olunmurlar.  

Alverçilər kişiləri də hədəf götürürlər. Anonim saxlanmasını istəyən müstəqil azərbaycanlı vəkil Meydan TV-yə müsahibəsində deyib ki, beynəlxalq statistikada qadınların daha çox cinsi istismara məruz qaldığı açıqlansa da, Azərbaycanda məcburi əmək qurbanlarının əksəriyyəti kişilərdir.

2015-ci ildə hökumət rəsmi olaraq doqquz əmək qurbanının olduğunu açıqlamışdı. Əlövsət Əliyev Meydan TV-yə açıqlamasında deyib ki, hökumət əmək istismarını araşdırmaqda maraqlı deyil, çünki özü bundan faydalanır.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) jurnalisti Xədicə İsmayılovanın araşdırmaları göstərir ki, Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın ailəsi müxtəlif tikinti şirkətlərinə gizli şəkildə sahib olmaqla tikinti layihələrindən gəlir əldə edir. Bu gizlədilən var –dövlət imperiyası Panama sənədlərində də aşkarlanmışdı.

Bu şirkətlərdən biri də prezident İlham Əliyevin qaynatası Arif Paşayev tərəfindən idarə olunan “Paşa Holdinq”dir. Azərbaycan Miqrasiya Mərkəzinin keçmiş direktoru Əlövsət Əliyev 2013-cü il dekabrın 18 də - Beynəlxalq Miqrantlar Günündə Azərbaycanda diqqəti məcburi əmək probleminə cəlb etmək üçün mətbuat konfransı keçirib. O, məcburi miqrant əməyindən istifadə edən şirkətlərdən birinin “Paşa Holdinq” olduğunu vurğulayıb.

Meydan TV-yə müsahibəsində Ə.Əliyev iddia edib ki, Alov Qüllələri, “28 May” Mall, “Buta Palace”, Dövlət Bayraq Meydanı və Kür Olimpiya Mərkəzi istismara məruz qalan fəhlələr tərəfindən həyata keçirilən tikinti layihələri olub. Azərbaycan Miqrasiya Mərkəzindən kömək istəyən tikinti işçiləri arasında milliyyətcə türk və özbəklər də olub. 

Madam” Xəyaləyə xəbərdarlıq edib ki, ona tabe olmasa, qaçmağa çalışsa, o, rəsmi olaraq Türkiyədə qanunsuz miqrant və fahişə kimi qeydiyyata düşəcək. O, iddia edib ki, Azərbaycanda Xəyaləni yox edə biləcək yüksək rütbəli rəsmilərlə təmasları var. “Madam” həm də Xəyaləni lüt şəkillərini internetdə yayacağı, yaxud da həyat yoldaşına, ailəsinə göndərəcəyi ilə qorxudub. Qorxmuş, döyülmüş Xəyalə çıxış yolu olmadığına inanıb.

İnsan alverinə dair hesabatlarda bildirilir ki, utanc hissi istismara məruz qalmış, kömək axtaran qadınları mübarizədən geri çəkindirir. 2002-ci ildə Azərbaycanda Miqrasiya Beynəlxalq Təşkilatı tərəfindən aparılan müsahibədə Ucardan olan bir qadın Dubayda qadın alverçilərinin əlindən qaçmağa cəhd etməməyini bu cür izah etmişdi: “Baş verənlərdən sonra mən nə etməli idim? Evə necə qayıda bilərdim? Valideynlərimə nə deyəcəkdim?”.

Xəyalə fahişəxanada altı ay qalır. O, davamlı olaraq döyülür, ac və yuxusuz olur, psixoloji əziyyətlərə məruz qalır”. Madam” və onun cinayət ortaqları Xəyaləyə deyirlər ki, o daha heç kimə lazım deyil və ailəsi onu heç zaman qəbul etməyəcək. Xəyalə, gün ərzində səkkiz –doqquz müştəri ilə cinsi münasibətə məcbur edilir. Kişilər prezervativ istifadə etmirdi. İnsan alverçiləri görəndə ki Xəyalə hamilə qalıb onu abort etmək üçün bir nəfər gətiriblər. Xəyalənin qanaxması günlərlə dayanmayıb. Onu Türkiyəyə gətirənlər tibbi yardım göstərməkdən imtina edib, xəstəxanaya getməyinə icazə verməyiblər.

Xəyalə kimi istismara məruz qalan qadınlar həm fiziki, həm də psixoloji cəhətdən əziyyət çəkirlər. London Gigiyena Məktəbinin çoxsaylı ölkələrdə iki il müddətində apardığı araşdırmalar göstərir ki, fiziki və mənəvi istismar nəticəsində ortaya ciddi fəsadlar çıxır.



Qeyri-peşəkar şəkildə həyata keçirilən abortun verdiyi ağır fəsadlara görə Xəyalə cinsi münasibətə girə bilmir və onu əsarətdə saxlayanlar üçün əhəmiyyətini itirir. Onu ac saxlayırlar ki, zəif olsun və qaçmağa taqəti qalmasın. Bir gecə tək qalanda Xəyalə yaşadığı evdən qaçır. Özünü hasarlara bərkidilmiş tikanlı məftillərdən qorumaq üçün odeyal götürür. O, özünü polis idarəsinə yetirir. Bir müddət saxlanma məntəqəsində qalandan sonra qanunsuz yaşayan xarici vətəndaş və fahişə kimi Azərbaycana deportasiya olunur.

“Təmiz Dünya” İctimai Birliyinin 2005-ci ildəki hesabatında deyilir ki, Xəyalənin qaçışı və bunun nəticəsi olaraq deportasiyası bir çox qadınların azadlığa çıxa bilməsi və Azərbaycana qayıtması üçün istifadə etdiyi vasitədir. Onların bəziləri polis reydləri zamanı aşkar olunur, bəziləri alverçilərin özləri tərəfindən müəmmalı şəkildə buraxılır bəziləri isə əbədi olaraq yoxa çaxana qədər dəfələrlə satılır. 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/w6l4is

Ən çox baxılan