“Mənim həyat fəlsəfəmdə üç şeyin ticarəti olmamalıdır. Birincisi təhsil. İkinci sağlamlıq. Üçüncüsü hüquq. Mən bunun birinin ucundan tutdum. İstəyirəm ki, hər kəs ingilis dilində danışmağı öyrənə bilsin”.
Cengiz Sakmanlı 35 ildir ki, beynəlxalaq dil kimi qəbul edilən ingils dilini insanlara öyrədir. Dediyinə görə, Türkiyədən Azərbaycana gələrkən də məqsədi bildiyi dili bilməyənlərə öyrətməklə yanaşı, həm də imkansız insanların da onu öyrənməsinə yardımçı olmaq olub. Digər müəllimlərdən fərqi isə onun Azərbaycanda ilk dəfə olaraq bu dili əlifbasından yuxarı səviyyələrə qədər videolara çəkərək youtubedə paylaşmasıdır. Deyr ki, dünyanın 172 ölkəsindən izlənilən videolarının sayı hazırda 1500-ə qədərdir və elə dərslər olur ki, onların izlənmə sayı iki milyonu keçir:
“Bir filosofun dediyi kimi ac bir insanı doyurmaq üçün gündə bir balıq versən onun qarnını doyuracaqsan. Amma ona balıq tutmağı öyrətsən o zaman onun ac qalmasının qarşısını alacaqsan. Mən onlara ingilis dilini necə öyrənə biləcəklərini öyrətməyə çalışıram. Bizim dildə 111 min kəlmə var. Amma ingilis dilində 650 min-dir. İnsanlar bu dili öyrənərkən, öz dillərindəki sözləri də bilməlidir”
Azərbaycanda ingilis dili kurslarının normal qiyməti 80-120 manat arasında dəyişir
Artıq bir neçə ildir ki, Azərbaycanda gənclərlə yanaşı orta yaşlı nəsil də ingilis dilini öyrənməyə çalışsa da, bir çoxu vaxt, bəzisi isə maliyyə baxımından bunu reallaşdıra bilmir. Paytaxt sakinləri ilə apardığımız söhbət zamanı da bunu təsdiqləyənlər oldu:
“Qiyməti bir az az olsaydı pis olmazdı, tələbəyik”
“Pulsuz kursların olmasını istərdim. Ödənişsiz olsa daha yaxşıdır”.
“Vaxt yoxdur”,
“Təqribən bilirəm ki, 50-30 manatdır. Vaxtım yoxdur”-deyən, sakinlərlə yanaşı, pulsuz və qiyməti aşağı olan ingilis dili kurslarının keyfiyyətindən narahat olanlar da var:
“Keyfiyyətli olan kursların qiyməti bahadır. Ondan aşağı olanalrın keyfiyyəti elə də yaxşı olmur. Pulsuz kursların olub olmamasını deyə bilmərəm, amma məncə olmalıdır. Humanitar təşkilatlar bunu edə bilər. Adlarını çəkə bilmərm. Puluza getmək istəməzdim. İlkin başlanğıc üçün effekt verə bilər. Amma daha ciddi məşğul olanlar üçün, ödənişli olmalıdır”.
“Pulsuz o qədər güvənli olmaz”.
Azərbaycanda ingilis dili kurslarının normal qiyməti 80-100 manat arasında dəyişir. Gənclər deyir ki, dili öyrənərkən kursların onlara etdiyi güzəştlər də önəmli rol oynayır:
“Hazırlıq kurslarında əgər yaxşı nəticə göstərilirsə, artıq müəyyən aylarda onun hazırlığı pulsuz olur“,-deyə, gənclərdən biri bildirir.
Gülnar Abışova da bir vaxtlar ingilis dilini öyrənmək istəyən və bunun üçün sistemli dərslərdən yararlanmağa çalışan gənc olub. Deyir ki, internet vasitəsilə istəyini əldə edə bilib:
“
Mənim Cengiz hocayla tanışlığım internet vasitəsilə olub. Onun dərslərinə baxarkən anladım ki mənim istədiyim sistem elə budur. Videolara baxdıqca, başqa insanlarala danışdıqca insan həm təkminləşir həm müəyyən biliklərə yiyilənir. Daha sonra Cengiz hoca mənim irəlilədiyimi gördü, buna görə də onun yanında işləmək üçün iş təkilif etdi. İngilis dilində danışığım iki aydan sonra müəyyən bir səviyyəyə gəlib çatmışdı”.
“Kurslara gəlmədən ingilis dilini öyrənmək mümükündür”
Cengiz Sakmanlının sözlərinə görə, normal həyatda insanlar zamanla yarışdıqlarından onlar istəsələr heç bir yerə getmədən dili internet vasitəsi ilə də öyrənə biləcəklər:
“Əslində tələbələrin kursa gəlməsinə ehtiyac yoxdur. Əgər sıralı şəkildə ingilis dilini izləsələr onda öyrənə biləcəklər. 250 mindən yuxarı tələbəm var. Bunlarda sadəcə 10 minləri məni görmədən ingilis dilini öyrənib. Biz öyrənciyi bir ay tartıyoruz. əgər o yaxsşı bilirsə onu tutub ən yüksək səviyyələrə gətirməyə çalışıram. Zamanı olunca hər şey kəndindən olur”.