Avqustun 10-da Azərbaycan və qonşu Türkiyəylə bağlı baş verən siyasi olay regionda maraqla izlənildi. Rusiya prezidenti Vladimir Putinin vasitəsilə Azərbaycan və Ermənistan prezidentləri görüşdü, Türkiyədə isə ilk dəfə xalq prezident seçdi. İyulun axırı və avqustun əvvəlində atəşkəsin pozulması ilə Rusiyanın təşəbbüsü ələ aldığı ehtimal edildi. Və Soçi görüşü də bunun bir nümunəsi idi. Türkiyədək isə ilk dəfə xalq öz prezidentini seçdi. Bundan sonra prezidentin səlahiyyətinin genişləndirilməsi gözlənilir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə söhbətimizdə sadaladığımız hadisələrin yaratdığı suallara cavab tapmağa çalışdıq.
–
Elxan bəy, sizin də Rusiyanın vasitəçiliyilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün nəticəsiz bitəcəyi haqqında proqnozunuz özünü doğrultdu. Eyni zamanda, Rusiyanın Ukrayna olaylarından sonra özünü sülhpərvər göstərmək üçün Soçi görüşünü təşkil etdiyini də vurğulamışdınız. Bu baxımdan Moskvanın öz istəyinə çatdığını düşünmək olarmı?
– Təəssüf ki, proqnozlarım doğruldu, Soçi görüşündən heç bir nəticə çıxmadı. Bəziləri gözləyirdi ki, Putin Sarkisyana təzyiq edəcək, hətta 2-5 rayonun adı çəkilirdi, guya Ermənistan Dağlıq Qarabağ ətrafındakı həmin rayonları azad edəcək. Guya Putin Azərbaycanı Gömrük Sazişi və Avrasiya İttifaqına üzv etmək üçün bu addımı atır. Amma bütün bu ehtimallar özünü doğrultmadı. Çünki Rusiya Qarabağ məsələsinin həllində maraqlı deyil. Əksinə, Moskva Ermənistana təzyiq etsəydi, bu, münaqişənin ədalətli həlli demək idi. Bu isə Rusiyaya lazım deyil, səbəb də Sarkisyanın mövqelərinin zəifləməsi və Ermənistanın itirilməsi halına gəlməsi ilə bağlıdır. Beləliklə, Soçi görüşü ciddi nəticə ilə yekunlaşmadı. Putinin əsas istəyi atəşkəsə riayət olunmasına davam etmək idi. Soçidə də atəşkəsə riayət olunacağı bildirildi.
–
Bəs atəşkəsə riayət olunacaqmı?
– Xeyr, düşünmürəm. Bir misal çəkəcəm, Medvedyevin vaxtında prezidentlərin 10 görüşü təşkil olundu və Rusiyanın sabiq prezidenti münaqişənin həllində çox fəallıq göstərirdi. O da bir nəticə əldə etmədi. Amma həmin vaxt Medvedyev atəşkəsə riayət olunması və xalq diplomatiyasının genişlənməsi üçün bir sənəd imzalatdırmışdı. Bu dəfə isə atəşkəsə riayət olunmayacaq və Soçi görüşü də əvvəlki təmaslar kimi unudulacaq. Məsələ ondadır ki, indiki status-kvo Ermənistanın maraqlarına xidmət edir, Azərbaycanın yox.
–
Mən Soçi görüşündə prezidentlərin BMT TŞ-in qətnamələri ilə bağlı söz atışmasına diqqətinizi yönəltmək istərdim. Sarkisyanın “BMT TŞ-in 1 yox, dörd qətnaməsi var, Azərbaycan onlardan hansını yerinə yetirib” sualını necə izah edərdiniz, söhbət hansı detallardan gedir?
– Sarkisyan söz oyunu aparıb. Çünki qətnamələrdən biri qəti olaraq Ermənistandan Kəlbəcərin azad etməsini tələb edib. Amma digər 3 qətnamədə müəyyən detallar var ki, erməni tərəfi ondan yapışa bilər, bəzi qətnamələrdə Ermənistanın adı heç çəkilmir, yəni bizi separatçılarla qarşı-qarşıya qoyurlar. Ermənistan hakimiyyəti də “gedin Qarabağla danışın” deyir. Halbuki, biz Azərbaycan torpaqlarının məhz Ermənistanın işğal etdiyini deyirik. Bugün də Dağlıq Qarabağda Ermənistan ordusudur. Diplomatiyada “bütün şeytanlar detallarda gizlənib” ifadəsi var, Sarkisyan da həmin detallardan istifadə edir. Bəli, müəyyən detallar var.
–
Nədən ibarətdir həmin detallar?
– Detallar Qarabağ erməniləri ilə birbaşa danışıqlarda olmalıdır, separatçıların müəyyən hüquqları və s. Söhbət heç detallardan da getmir. Azərbaycanın istəyi Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasıdır. Prezident də ona görə “Ermənistan əsgərinin torpaqlarımızda nə işi var” – deyə sual edir. Atəşkəs də məhz buna görə pozulur. Cəbhədəki son gərginliyi götürək, müdafiə nazirinin dəyişməsi ilə müəyyən “nəbz yoxlamaları” gedir. Ermənilər də balansın Azərbaycanın xeyrinə pozulmaması üçün bu cür diversiya əməliyyatlarını həyata keçirirlər. Bütün hallarda mən Soçi görüşündən sonra atəşkəsə riayət olunacağını düşünmürəm.
–
Amerikalı həmsədr Uorlikin “övladlarını itirmiş hərbçi valideynlərinə atəşkəsin olduğunu necə demək olar” fikri baxımından Qərbin Soçi görüşünə münasibətini necə dəyərləndirirsiniz? Həmin açıqlama Rusiyaya mesaj deyildimi?
– Bir daha deyirəm: Rusiyadan Dağlıq Qarabağ probleminin həlliylə bağlı yenilik gözləmirəm. Moskva yenə də vaxt udmağa çalışır. Soçi görüşü isə Putinlə Sarkisyanın maraqlarına uyğun oldu, çünki yenə də məsələ uzandı. Putinin Soçidə “Bu, SSRİ-dən miras qalmış məsələdir” söyləməsi həm də “bir qədər də gözləmək olar” deməkdir. Onsuz da biz 20 ildir gözləyirik. Sualınızın mahiyyətinə gəlincə, son aylarda məhz ABŞ rəsmiləri və diplomatları “Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır” bəyanatını verirlər. Onlar əvvəlki illərdə bu açıqlamanı səsləndirməyiblər. Bu, bizim üçün şansdır, biz Amerikanın fəallığına çalışmalıyıq. Əgər həmin açıqlamanı Uorlik, sabiq səfir Morninqstar veribsə, bu, bizim üçün uyğun siyasətdir və ondan ikiəlli yapışmaq lazımdır.
–
Nə etmək lazımdır?
– Çalışmaq lazımdır ki, görüşlər Rusiyada yox, ABŞ-da keçirilsin.
Amma başqa bir məqam var, bu barədə Xədicə İsmayıl öz Fasebook səhifəsində təxminlərini yazmışdı, bildirirdi ki, ABŞ Azərbaycandan demokratik islahat istəyib və bunun müqabilində Qarabağ məsələsində dəstək veriləcək.
Mən buna inanmıram. Qarabağla bağlı vədlər çox olub, biz ortada olan açıqlamalara diqqət yetirməliyik. Mən bu mənada Amerika diplomatlarının açıqlamalarını real hesab edirəm. Sual edək, indiyə qədər Rusiyanın hansısa dipolamatından, politioloqundan “Qarabağ ətrafındakı rayonlar boşaldılsın” açıqlamasını eşitmişikmi?
–
Əksinə, politoloq Markov Qarabağın Rusiya ərazisi olduğunu demişdi…
– Jirinovski də deyir ki, mübahisəli ərazini verin Rusiyaya, siz də barışın. Ona görə Soçidən əvvəl Rusiyanın Ermənistana təzyiq edəcəyi haqqında nağıllar boş bir şey idi. Niyə təzyiq etməlidi? Guya, bizi Avrasiya İttifaqına və Gömrük Sazişinə üzv etmək üçün. Bunları heç biri baş vermədi, vaxt uduldu, bu isə bizim maraqlarımıza uyğun deyil. Çünki biz vəziyyətin dəyişməsini istəyirik, bu istiqamətdə isə heç kim Azərbaycana dəstək vermir. Ona görə biz təşəbbüsü ələ almalıyıq.
–
“Təşəbbüsü öz əlimizə almalıyıq” fikrini bir mülahizə kimi deyirsiniz, necə ələ almalıyıq, daxildə həbslər aparmaqlamı, yoxsa diplomatiyanın başqa qaydaları da var?
– Əlbəttə, daxildəki həbsləri mən də qınayıram, bu məsələlərə aydınlıq gətirilməlidir. Həbs olunanlarla bağlı elə açıqlamalar olmalıdır ki, onların nəyə görə saxlandığı bilinsin. Dağlıq Qarabağ probleminin həllinə gələk, əgər biz orduya bu qədər büdcə ayırırıqsa, hər dəfə də “hərbi büdcəmiz Ermənistan büdcəsinin tamamından da çoxdur” deyiriksə, o zaman vəziyyətdən istifadə etməliyik ki, qarşı tərəf gücümüzü görsün. Söhbət Azərbaycan tanklarının Xankəndinə girməsindən getmir, amma Qarabağ ətrafındakı rayonların, o cümlədən, Şuşanın Ermənistana heç bir aidiyyatı yoxdur. Deməli, biz öz gücümüzü həmin istiqamətdə nümayiş etdirməliyik ki, qarşı tərəf bununla hesablaşsın. Ötən əsrin 90-cı illərində Ermənistana səfər zamanı sabiq prezident Köçəryana bir neçə sual vermək imkanı yaranmışdı. Suallardan əsəbləşən Köçəryan “nə istəyirsiniz, biz o torpaqları güc yoluyla almışıq, elə-belə qaytara bilmərik” – dedi. Faktiki onlar da masa üzərində güzəştə getməyəcəklərini anladırlar. Deməli, biz onlara anlatmalıyıq: güzəştə məcbur ediləcəksiniz. Və bununla da masa üzərində bunu onlardan əldə edək. Çünki biz gücümüzü nümayiş etdirməyənə qədər, nə Ermənistan, nə Rusiya, nə də Amerika bizimlə hesablaşmayacaq.
–
Yenidən amerikalı həmsədr Uorlikin fikirlərinə qayıtmaq istərdim: “Hazırda Rusiya öz sərhədlərində problem yaşadığından yeni təxribatlarda maraqlı ola bilməz”. Bu açıqlama ilə Vaşinqton Moskvaya daxilindəki problemi xatırladaraq başqa münaqişələrdə vasitəçiliyinə şübhəylə yanaşdığını göstərmirmi?
– Uorlik bir az söz oyunu da edir. Amerika Ukraynaya görə Rusiyanı sıxır və Putinin heç bir sülh təşəbbüsünü beynəlxalq aləm qəbul edə bilməz. Ukraynada böhran yaratdığından Putin hazırda sanksiyalarla üz-üzədir. Ona görə Cənubi Qafqaz istiqamətində özünü “sülhpərvər” kimi göstərib ABŞ-in rəğbətini qazanmaq istəyir. Amma Rusiya Ermənistanın maraqlarından çıxış etdiyindən özünü sülhpərvər kimi göstərə bilmir. Çünki Ermənistanın maraqlarından çıxış edir. Baxmayaraq ki, Azərbaycanı da strateji tərəfdaş adlandırırlar. Bu baxımdan Putinin bu missiyasının Amerikanın maraqlarına uyğun olduğuna inanmıram. Əksinə, Fransa prezidenti Bakıya səfəri zamanı növbəti görüşün Parisdə olmasını istəyirdi. Amma alınmadı.
–
Niyə alınmadı, ruslar qoymadı?
– Tək rus amili deyil. Həm də təmaslar sıx olmadı. Mən demirəm ki, prezidentlər Fransada görüşsəydi, münaqişənin həllində irəliləyiş olacaqdı. Ancaq əsas odur ki, Rusiyanın vasitəçilik inhisarından qurtulaq. Biz Rusiyanın vasitəçiliyinin xeyrimizə bir addım olmayacağını unutmamalıyıq.
–
Amma politoloq Vəfa Quluzadə deyir ki, yalnız Rusiya çökəcəyi təqdirdə, problem öz həllini tapacaq…
– O zaman yüz illərlə gözləməliyik ki, Rusiya nə zaman çökəcək?! Bəli, Rusiyanın durumu ağırdır, sanksiyalarla üz-üzədir. Amma bu, Rusiyanın yaxın zamanlarda çökəcəyinə və avtomatik olaraq münaqişəni öz xeyrimizə həll edəcəyimizə əsas vermir. Bilirsiniz, bəzən Rusiya amili də çox şişirdilir. Əslində, bölgədə müharibənin başlaması Rusiyanın özünə də təhlükə yarada bilər. Çünki budəfəki müharibə 90-cı illərin müharibəsindən çox fərqlənəcək. Fikir verin, Ermənistan müdafiə naziri Mingəçevir Su Elektrik Stansiyasına zərbə vuracaqlarını dedi, cavab da verildi ki, Azərbaycan İrəvanı vuracaq. Bəli, budəfəki müharibə çox ağır olacaq və bu savaşdan Moskvanın özünə də zərər dəyə bilər. Çünki Azərbaycanın müdafiəsinə müəyyən qüvvələr də qatıla bilər və Şimali Qafqazda problermlər yaranar.
–
Bəs siz Sarkisyanın “biz danışıqları Madrid prinsipləri əsasında aparırıq” fikrini necə tərcümə edərdiniz?
– Bu, onun BMT TŞ-nin qətnaməsi barədə dediklərindən fərqlənmir. Bütün qüsurlarına baxmayaraq Azərbaycan Madrid Prinsiplərini qəbul edir, çünki mərhələli həll planına oxşardır. Amerikalı həmsədr Uorlik də bunu təkrarladı və 6 bəndi göstərdi. 6 bənd o demək idi ki, Qarabağ ətrafı rayonlar boşaldılır, köçkünlər yurdlarına qayıdır, bundan sonra statusla bağlı danışıqlar başlayır. Müəyyən qədər qüsurları olsa da, maraqlarımıza uyğundur. Amma Ermənistan bunu da qəbul etmir. Ermənistan məsələni elə tərzdə qoyur ki, guya Azərbaycan referendum məsələrinə razılaşmır. Ona görə son sözü həmsədrlər deməlidir, ictimaiyyətə açıqlama verməlidirlər ki, planları nələri ehtiva edir. Yoxsa Azərbaycan tərəfi Madrid Prinsiplərini bir cür izah edir, Ermənistan tərəfi də başqa cür. Yəni söz oyunu gedir.
–
Deməli, söz oyunu hələ vaxt aparacaq?
– Bəli, belə davam edəcəksə, münaqişənin həlli uzanacaq, buda Azərbaycanın maraqlarına uyğun deyil.
–
Söhbətimiz Türkiyədə 10 avqust prezident seçkiləri ilə davam etdirək. Ərdoğan 10 avqust qələbəsi ilə nə qazandı və “Times”in yazdığı kimi baş nazir “Putinzm”ə yuvarlanırmı?
– Ərdoğan 12 ildir hakimiyyətdədir, istənilən demokrat bu müddətdə hakimiyyətdə olsaydı və təkbaşına hökuməti yürütsəydi, bəlkə onda da belə bir “xəstəlik” yaranardı. Müəyyən qədər Saakaşvilidə də bu meyllər sezilirdi.
–
Ancaq Ərdoğan qələbə tədbirində yeni eradan danışırdı…
– O, hər seçkidən sonra belə oxşar fikirlər səsləndirir, hətta müxalifətlə qarşıdurmalara son qoyulduğunu deyir. Amma 1 ay sonra vəziyyət dəyişir. Demokratiyada belə şeylər olur. Onun 10 avqust qələbəsi 9-cu qələbəsidir, 7 parlament, bələdiyyə və prezident, iki referendum qələbəsi var. Baş verənlər Türkiyə müxalifətinin həm də zəifliyini göstərir, son seçkilərdə “çatı aday” deyirlər, tanınmamış bir şəxsi namizəd kimi irəli sürdülər. Halbuki, müxalifət liderləri özləri seçkilərə qatılsaydı, ikinci tur ola bilərdi. Ərdoğan elə böyük faizlə qələbə çalmadı, 52 faizə yaxın səs topladı. Yəni ciddi mübarizə olsaydı, ikinci tur gerçəkləşə bilərdi. Amma ortaq namizəd də az səs toplamadı, 38 faiz tanınmayan bir fiqur üçün az deyil.
–
Bəs bu durumdan sonra müxalifət siyasi meydanı tərk edəcəkmi?
– Müxalifət sanki hiyləgər gediş etdi. Gördülər ki, 12 ildə Ərdoğanla bacara bilmirlər, dedilər ki, o olsun baş nazir, onsuz da yeni baş nazir Ərdoğan kimi güclü olmayacaq, onunla bacararlar və 9 aydan sonra parlament seçkilərində qələbə qazanarlar.
–
Azərbaycan müxalifəti Cəmil Həsənlinin namizədliyini irəli sürdüyü kimi?
– Cəmil Həsənli yenə də aksiyalar keçirib tezislər ortalığa qoydu. İhsanoğlu isə heç mitinqlər keçirmədi və bu barədə qərar da vermədi, çox zəif çıxışları oldu, seçiciləri inandıra bilmədi. Qazandığı 38 faiz isə sırf onun səsi yox, iki partiyanın ümumi səsi idi, CXP və MHP.
–
Bəs Türkiyənin qazancı nə olacaq?
– Ərdoğan mövcud sistemi dəyişmək istəyir, yarı prezident, yarı parlament tipli olmasında maraqlıdır. Bu isə Türkiyə cümhuriyyəti tarixində bir yenilikdir. Amma nə qədər uğurlu alınmasını zaman göstərəcək. Çünki iyunda parlament seçkiləridir, gərək AKP böyük uğur qazansın ki, referendum maddəsini keçirə bilsinlər. Yəni referenduma gedib oprezidentin səlahiyyətlərini genişləndirə bilsinlər. Ərdoğan əvvəlkilər kimi oturaq prezident olmaq istəmir, həm də xarakteri də buna imkan vermir. Deməli, qarşıda Ərdoğanın prezident səlahiyyətlərinin artırılması məqsədi dayanır. Bunun Türkiyəyə nə qədər xeyri olacağını zaman göstərəcək. Amma bir fakt var ki, Türkiyədəki koalision hökumətlər ölkəni irəli aparmadı. Hanı həmin partiyalar? Doğru Yol, Ana Vətən, bunlar artıq siyasi meydanda yoxdurlar. Səbəb də koalision hökumətlərin didişmələr yaratmasıydı. Vahid hökumət isə müəyyən uğurlar gətirdi. Ölkə iqtisadiyyatı normallaşdı, borcları ödədi, tibb sahəsində inkişaf oldu, amma bununla belə müəyyən qədər avtoritarizmə meylliliyi hiss olundu. Bu isə Türkiyədə müəyyən təhlükələr yarada bilər.
“İndiki status-kvo Ermənistanın maraqlarına xidmət edir”
“Soçi görüşü isə Putinlə Sərkisyanın maraqlarına uyğun oldu, çünki yenə də məsələ uzandı”
Avqustun 10-da Azərbaycan və qonşu Türkiyəylə bağlı baş verən siyasi olay regionda maraqla izlənildi. Rusiya prezidenti Vladimir Putinin vasitəsilə Azərbaycan və Ermənistan prezidentləri görüşdü, Türkiyədə isə ilk dəfə xalq prezident seçdi. İyulun axırı və avqustun əvvəlində atəşkəsin pozulması ilə Rusiyanın təşəbbüsü ələ aldığı ehtimal edildi. Və Soşi görüşü də bunun bir nümunəsi idi. Türkiyədək isə ilk dəfə xalq öz prezidentini seçdi. Bundan sonra prezidentin səlahiyyətinin genişləndirilməsi gözlənilir.