İnanclı fəalın saxlanıldığı bildirilir

Ş.Həsənovun saxlanmasının səbəbi barədə Daxili İşlər Nazirliyindən və bu qurumun tabeliyində olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən rəy almaq mümkün olmayıb.

Source: Foto: Facebook


Şamil Həsənovun Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığı deyilir

“Müsəlman Birliyi” Hərəkatının daha bir fəalı Şamil Həsənovun saxlandığı bildirilir. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib.

Yaxınlarının bildirdiyinə görə, A.Həsənovu iyunun 22-də axşam saat 17.00 radələrində mülki geyimli şəxslər aparıb. Bundan sonra onun haqqında heç bir məlumat ala bilməyiblər.

“Bütün gecəni axtarsaq da, heç bir xəbər ala bilmədik. Bu gün səhər saatlarında Şamil Həsənov evə zəng edib. Deyib ki, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindədir. Məlumat verib ki, evlərində axtarış aparılacaq. Qapılarının açarını gətirib idarəyə versinlər”, – ailə üzvləri bildirib.

Ş.Həsənovun saxlanması barədə məlumatı “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov da Ş.Həsənovun saxlanması barədə sosial mediada məlumat paylaşıb. E.Qasımov onu da bildirir ki, Ş.Həsənovun səhhətində ciddi problemlər var:

“Şamil Həsənov bu yaxınlarda başından ağır əməliyyat keçirdiyinə görə gündəlik dərman qəbul edir. Dərmanları qəbul etməsə, həyatı təhlükə altındadır”.

Ş.Həsənovun saxlanmasının səbəbi barədə Daxili İşlər Nazirliyindən və bu qurumun tabeliyində olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən rəy almaq mümkün olmayıb.

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın onlarla üzvü həbsdədir. Onlar dövlət çevrilişinə cəhd, terrorçuluq, qanunsuz silah saxlama kimi ittihamlarla uzunmüddətli həbs cəzasına məhkum edilib. Lakin T.Bağırzadə ittihamların saxta olduğunu, hökumətin siyasətini tənqid etdiklərinə görə cəzalandırıldıqlarını bəyan edib.

Ana səhifəSiyasətİnanclı fəalın saxlanıldığı bildirilir