”Imza toplağa imkan vermirlər”

İlqar Mustafayev: Hətta imza vermək istəyən şəxslərin əllərindən tutaraq imza toplamağa imkan vermirlər

Source:


İlqar Mustafayev: Hətta imza vermək istəyən şəxslərin əllərindən tutaraq imza toplamağa imkan vermirlər

“Müsavat partiyası olaraq bizə “Respublika” Təşviqat qrupunun qeydiyyata alınması üçün imza toplağa imkan vermirlər”. Bunu ”Turan”-a Müsavat partiyası Qazax rayon təşkilatının sədri İlqar Mustafayev bildirib.

Onun sözlərinə görə, imza toplanışına başladıqları bir həftə ərzində təqiblərə məruz qalırlar, evinin ətrafında naməlum mülki geyimlilər dolaşırlar, topladıqları imzaları əllərindən almaq istəyirlər.

İ.Mustafayev bütün baş verən neqativlərə görə rayon rəhbərliyini təqsirli bilir. “İmza verən şəxslərə təzyiq göstərirlər, təşviqat qrupunun qeydə alınması ilə bağlı imzaları insanlara prezidentin əleyhinə verilən imzalar kimi anladırlar”, – deyə İ.Mustafayev bildirir.

O deyir ki, hətta imza vermək istəyən şəxslərin əllərindən tutaraq imza toplamağa imkan vermirlər. Onun dediyinə görə, imza toplayan şəxslərin biri neçə gündür ki, itib və harada olduğu məlum deyil: “Belə üsullarla bizım təşviqat qrupunun qeydə alınması üçün imza toplanışının qarşısını alırlar”.

Bu il sentyabrın 26-da ölkədə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək. Referendumda dəyişkliklər nəzərdə tutan müddəların lehinə və ya əleyhinə təşviqat üçün Təvşqiat qrupları yaradılması nəzərdə tutulur. Qrupun qeydə alınması üçün 40 min imza toplanmalıdır. İndiyə kimi yalnız YAP həmin imzaları toplayıb.

Bundan əlavə, Həmkarlar İttifaqları Konfederasiyası, bələdiyyələr belə təşviqat qrupları yaradacaqlarını elan ediblər.

ReAl Hərəkatı və Müsavat Partiyası da alternativ təşviqat qrupları yaradcaqlarını bildirmişdilər.

Ana səhifəXəbərlər”Imza toplağa imkan vermirlər”