”İmtahanların xərcini vətəndaşların üzərinə qoymaq yanlış yanaşmadır”

Ələsgər Məmmədli: Dövlət İmtahan Mərkəzinin maliyyə xərcləri də vətəndaşın vergisilə formalaşır

Source:


Ələsgər Məmmədli: Dövlət İmtahan Mərkəzinin maliyyə xərcləri də vətəndaşın vergisilə formalaşır

“Dövlət İmtahan Mərkəzinin (DİM) yaradılması müsbət hal olsa da, mərkəz sədrinin imtahan qiymətləri ilə bağlı Tarif Şurasına müraciət etməsi yanlışdır”.

Hüquqşünas Ələsgər Məmmədli DİM sədri

Məleykə Abbaszadə

nin imtahan qiymətlərilə bağlı müraciətini Meydan TV-yə şərh edərkən belə deyib.

Ələsgər Məmmədli bildirib ki, istər tələbə qəbulu, istərsə də hakimlik, dövlət qulluğu, prokurorluq orqanlarının imtahanlarının bir mərkəzin təşkili altında keçirilməsi yaxşıdır: “Ancaq bu qurumun publik hüquqi şəxs statusunda olması dövlətin öhdəliklərini azaltmır. Konstitusiyamıza görə, sosial dövlətdə yaşayırıq və universitetlərin əksəriyyəti dövlətə məxsusdur. Bu halda imtahanların xərcini vətəndaşların üzərinə qoymaq yanlış yanaşmadır, dövlət bunun qayğısına qalmalıdır. O ayrı məsələdir ki, qurumun xərcləri nə dərəcədə şəffafdır, səmərəlidir. Məsələn, idarəetmə xərcləri üçün 2 milyon manat çox yüksək məbləğdir, əgər açıq hesabatlılıq yoxdursa, şübhə doğurur. Yox, qəpiyinə qədər hesabat varsa, başqa məsələ. Amma media sual qoymalıdır ki, nə üçün kiçik, regional strukturları olmayan qurumun idarəetməsinə 2 milyon büdcə ayrılır. Bu suallara cavab verilməyincə, mərkəzin sədrinin Tarif Şurasına müraciət etməsi yanlışdır. Ona görə ki, Dövlət İmtahan Mərkəzinin maliyyə xərcləri də vətəndaşın vergisilə formalaşır. Bu mənada əlavə olaraq vətəndaşdan dolayısıyla pul çıxarmaq da hüquqi və legitim yanaşma deyil. Hesab edirəm ki, məsələ ictimai müzakirəyə çıxarılmalıdır. Elə Məleykə Abbaszadənin də məsələni ictimailəşdirməsi yaxşı haldır. Gözlənilən problemlərin əvvəlcədən siqnalını verir ki, cəmiyyət də hökumətdən konstitusion öhdəliklərinin yerinə yetirilməsini tələb etsin. Əgər bu olmasa, vətəndaşların üzərinə əlavə öhdəlik qoyulacaq ki, bu da yolverilən haldır”.

“İmtahanı Təhsil Nazirliyi (TN) sifariş verirsə, elə bu qurum da xərcləri ödəməli deyilmi” sualına Ələsgər Məmmədli belə cavab verib:

“Nazirlik dövlət universitetlərini və orta məktəbləri balansında saxladığından dövlətin bu qurum vasitəsilə həmin xərcləri qarşılamaq öhdəliyi yaranıb: “Həm də nazirlik yenə öz universitetlərinin sifarişlərini dolduracaq. Belə olan halda özünə ayrılan büdcədən, yaxud bir formada, daha effektiv idarəetmə şərtilə pul ayırmalıdır. İki problem var: Bugünə qədər ayrılan büdcənin nə qədər effektiv xərclənib-xərclənməməsi; bundan sonra ayrılacaq büdcənin gerçəkdən işlərin görülmə xərclərinin qarşılayıb-qarşılaması. Bu məsələlərdə ciddi şəffaflıq olmalıdır ki, cəmiyyət indiyə qədər xərclənən vəsaitin şişirdilmədiyinə əmin olsun”.

Hüquqşünas Məleykə Abbaszadənin “indiyə kimi aparılan imtahanda orta hesabla hər bir abituriyentə ən kütləvi imtahanlarda dövlət 25 manat xərcləyirdi. Bu, təbii qəbul olunurdu, çünki dövlət pulu ödəyirdi. Amma burada məsuliyyətsizlik də var idi. Çünki imtahana yazılıb gəlməyənlərin sayı çox olur” fikrini belə şərh edib: “Əslində, 25 manat məsələsini bölüşmürəm və “10 nəfər gəlmədi, 250 manat boşuna getdi” fikri ilə razı deyiləm. Gəlməyən adamın nə xərci ola bilər? Söhbət 1 vərəqin çapından gedirsə, bu xərc 25 manat ola bilməz. Bu məsələdə istənilən xərclər həqiqi xərclərin qarşılanmasına yönəlməlidir, gəlir gətirmə anlayışı olmamalıdır. Əgər mərkəzdə işləyən mütəxəssisə 5 min manat maaş verilir, amma min manatlıq iş görürsə, bu da effektiv xərclənmə deyil. O baxımdan dövlətin öhdəliyi xərclərin kompensasiya edilməsidir, əgər bu sosial dövlət anlayışı çərçivəsindədirsə, məsuliyyət də dövlətin üzərindədir”.

Ana səhifəXəbərlər”İmtahanların xərcini vətəndaşların üzərinə qoymaq yanlış yanaşmadır”