İyulun 15-də Elm və Təhsil Nazirliyinin qarşısında 30-a yazın müəllim aksiya keçirib.
Aksiyaya səbəb imtahan suallarının çətinliyidir.
Müəllimlər imtahanlarda nöqsanların olduğunu bildiriblər.
Onlar həmçinin imtahan müddətinin az olmasından şikayətçidirlər.
Müəllimlərin işə qəbulu (MİQ) imtahanında ümumilikdə 58 minə yaxın namizəd iştirak edib.
İmtahan ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilib.
Cari ildə MİQ vasitəsilə 10 000 müəllimin işə qəbulu hədəflənib.