İmtahan suallarını yayanlar məsuliyyət daşıyacaq

Məleykə Abbaszadə: “Biz hansı saytdan bu məlumatların yayıldığını müəyyənləşdirmişik və onları məhkəməyə verəcəyik”

Source:

“Ötən illə müqayisədə bu il bakalavr səviyyəsi üzrə keçirilən imtahanlara təxminən 4 min yer çox təqdim olunub”. “Report”-un məlumatına görə, bu sözləri Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN radio”nun “Qəbuldasan” verilişində deyib. O bildirib ki, bu il bakalavr səviyyəsi üzrə 41 310 yer ayrılıb: “Onlardan 34 271-i dövlət təhsil müəssisələri üzrədir”.

Məleykə Abbaszadə magistratura imtahanlarından sonra sual kitabçasının verilməməsi məsələsinə də münasibət bildirib. O deyib ki, imtahanlardan sonra sualları sosial şəbəkələrdə yayanlar qanunu pozurlar: “Biz bu yaxınlarda bununla bağlı müəyən sənədlər hazırlamışıq və mən həmin sənədləri imzalamışam. Biz hansı saytdan bu məlumatların yayıldığını müəyyənləşdirmişik və onları məhkəməyə verəcəyik”.

Sədr qeyd edib ki, hər bir fəndən olan sualları hazırlamaq üçün kifayət qədər maliyyə vəsaiti sərf olunur: “Eyni səviyyədə olan sualları hər il hazırlamaq çox çətindir. Bu səbəbdən də suallar bir neçə il sonra təkrar oluna bilər. Bütün bu səbəblərdən imtahanlardan sonra suallaın verilməsi doğru deyil”.

“Sosial şəbəkələrdən ancaq öz uşaqlarımın səhifələrinə baxmaq və yeni məlumatlar əldə etmək üçün istifadə edirəm”. Bu sözləri də Məleykə Abbaszadə deyib.

O bildirib ki, bakalavr imtahanında Ana dili və Riyaziyyat fənlərindən olan nəticələr eyni fənnin buraxılış imtahanından olan nəticələrlə əvəz edilə bilər: “Amma hələlik buraxılış imtahanının səviyyəsi, xüsusilə I və II qruplarda olan Riyaziyyat fənnindən olan suallarla buraxılış imtahanında eyni fənlərdən hazırlanan suallar eyni səviyyədə deyil. Bu səbəbdən də hələ bu prosesin reallaşması mümkün deyil. Biz bununla bağlı iş görürük, bu proses üç il davam edəcək. Biz çalışacağıq ki, gələcəkdə ixtisas qrupları üzrə institut imtahanları üç fəndən ibarət olsun”.

Ana səhifəXəbərlərİmtahan suallarını yayanlar məsuliyyət daşıyacaq