İmran Xan terrorçuluqda günahlandırılır

İmran Xan. Foto: https://indianexpress.com/

Sabiq Baş nazirin yüzlərlə tərəfdarı onun evinin önündə toplaşıb

Pakistan polisi antiterror qanunlarına əsaslanaraq ölkənin keçmiş Baş naziri İmran Xana qarşı ittiham irəli sürüb.

Bu hadisə ölkədə gərginliyə səbəb olub.

Keçmiş liderin tərəfdarları onun evinin qarşısına toplaşıb və bu qərara etiraz ediblər.

Xan apreldə hakimiyyətdən devriləndən bəri hökumətin və ölkə ordusunun kəskin tənqidçisinə çevrilib.

Avqustun 20-də ictimaiyyət qarşısında çıxışından sonra o, İslamabadın polis rəisini və bir qadın hakimi partiya həmkarı Şahbaz Gillə pis rəftarda ittiham edib.

“Siz də hazır olun, çünki sizə qarşı da tədbir görəcəyik”, – o deyib.

Rəsmilər Xanı dövlət rəsmilərinə qarşı təhdidlər etdiyinə görə ölkənin antiterror aktını pozmaqda günahlandırıb.

Keçmiş Baş nazirin İslamabaddakı evinin qarşısında toplaşan yüzlərlə tərəfdarı isə bildirib ki, əgər polis onu saxlamağa cəhd etsə, paytaxtı ələ keçirəcəklər.

Hadisə yerində olan polis əməkdaşı deyib ki, onlar keçmiş rəhbəri həbs etmək üçün yox, asayişi qorumaq üçün ora gediblər.

İmran Xan isə hökumətin onu senzuraya salmağa çalışdığını iddia edib.

Avqustun 21-də Ravalpindi şəhərində keçirilən başqa bir siyasi mitinqdə o, bu qadağanı tənqid edib.

Eyni zamanda o, hökuməti insanların onu canlı dinləməsinin qarşısını almaqda ittiham edib.

Bildirib ki, onun çıxışının yarısında “YouTube”a giriş əngəllənib.

2022-ci ilin əvvəlində keçirilən səsvermədə İmran Xan hakimiyyətdən uzaqlaşdırılıb. Lakin o, hələ də bir çox pakistanlı seçicinin dəstəyinə ümid etməkdə davam edir.

Siyasətçi 2018-ci ildə Baş nazir seçilib, lakin səlahiyyət müddətinin sonuna yaxın Pakistanın güclü ordusu ilə fikir ayrılığına düşüb.

Bir sıra defekasiyalardan sonra o, parlamentdəki səsçoxluğunu itirib və vəzifəsindən kənarlaşdırılıb.

Ana səhifəDünyaİmran Xan terrorçuluqda günahlandırılır