Beynəlxalq Valyuta Fondu hesabat yayıb
“Azərbaycanda iqtisadiyyatın məhsuldarlığını artırmağa və dayanıqlı inkişaf üçün struktur islahatlara ehtiyac var”.
Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycana dair
hesabat
ında belə deyilir.
Fondun analitikləri düşünür ki, bunun olması üçün dövlətə məxsus şirkətlərin idarəetməsi yaxşılaşdırılmalı, rəqabətə həvəsləndirmə işləri aparılmalı, bu sahədə şəffaflıq, hesabatlılıq artırılmalıdır. Əsas məsələ, maliyyə resurslarına çıxış imkanları da genişləndirilməli – təhsil, səhiyyə və sosial müdafiə sahələrini əhatələməlidir.
“Yeni iş yerlərinin açılması, ölkənin inkişaf perspektivlərinin artması üçün iqtisadiyyatın şaxələndirilməsi vacibdir. İqtisadiyyatın gözlənilməz şoklara dayanıqlı olması üçün islahatlara ehtiyac var”, – hesabatında bildirilir.
IMF bildirir ki, Azərbaycanda pandemiya ilə mübarizə zamanı pul-kredit siyasəti lazımi dərəcədə yumşaldılıb, lakin zəif pul-kredit transmissiyasına görə bank kredit faizləri yalnız orta dərəcədə azalıb:
“Yüksək səviyyədə qalmaqda davam edir. Dövlət vəsaitindən daha səmərəli istifadə, şəffaflıq, subsidiya və vergi sisteminin təkmilləşdirilməsi, maliyyə riski və nəzarəti sahələrində fəaliyyətin yaxşılaşdırılması maliyyə sisteminin sağlamlaşdırılmasında önəmlidir”.
Fond pandemiyanın əhaliyə və biznesə təsirini azaltmaq üşün maliyyə balansının profisitdən kəsirə keçməsini tövsiyə edib:
“İqtisadi fəaliyyətin müstəqil, sağlam davam edəcəyi vaxta qədər hökumət bu sahəyə dəstək verməyə davam etməlidir”.
IMF Azərbaycanın icmal büdcəsinin kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbətini də yeniləyib. Fond əvvəlki açıqlamasında bu kəsirin ÜDM-ə nisbətinin 5.2 faiz olacağını proqnozlaşdırmışdı. İndi isə bu göstəricini 5.6 faizə yüksəldib:
“Kəsirin artmasına səbəb karantin rejimi və Qarabağda aparılan bərpa işlərinin çoxaltdığı xərclərdir”.