Xüsusi təyinatlı polis qüvvələrinin arasında qadınlar var, onlar qadın sakinlərin üzərində axtarış aparırlar
Dekabrın 1-də günortaya yaxın Nardaranın İmam Hüseyn meydanında hüquq-mühafizə orqanlarının qüvvələri cəmləşib. Bu barədə “Turan İA”-a yerli sakinlər bildiriblər.
Meydanda zirehli texnika dayanıb. Yaxınlıqda Bünyadovların evində xüsusi əməliyyat keçirilir.
Noyabrın 26-da ilahiyyatçı Tale Bağırzadə və onun tərəfdarları həmin evdə saxlanılıblar.
Jurnalistlər hadisə yerinə buraxılmır.
Xüsusi təyinatlı polis qüvvələrinin arasında qadınlar var, onlar qadın sakinlərin üzərində axtarış aparırlar.