İlyas İsmayılov və İqbal Ağazadə yeni parlamentdən kənarda qaldılar

Ədalət Partiyasının sədri: Seçkilər saxtalaşdırıldı. Mən daha deputat olmaq istəmirəm

Ümid Partiyasının sədri: Araz Əlizadənin məntəqələrdə 5 səsi var

Source:


Ədalət Partiyasının sədri: Seçkilər saxtalaşdırıldı. Mən daha deputat olmaq istəmirəm


Ümid Partiyasının sədri: Araz Əlizadənin məntəqələrdə 5 səsi var

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi parlament seçkilərində keçirdiyi “exit-poll”un ilkin nəticələrini açıqlayıb.

Nəticələrə görə, 35 saylı Xətai III Seçki Dairəsindən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə rəqibi, Ümid Partiyasının rəhbəri İqbal Ağazadəni üstələyərək 44,4 faiz səslə ona qalib gəlib.

Digər maraqlı mənzərə 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsində yaranıb. Belə ki, bu dairədə exit-poll”un nəticəsinə görə, Ülviyyə Ağayeva 58,1 faiz səs toplayıb. Dairənin hazırkı deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov isə ondan xeyli geri qalıb.

Məsələ ilə bağlı partiya sədrləri modern.az saytına açıqlama verib.

İlyas İsmayılov isə deyib ki,  hakimiyyətin göstərişi ilə heç kimin tanımadığı bir şəxs deputat seçilib.

“Məni bu zonada hamı tanıyır, mənə hörmət qoyur. Namizəd olduğum dairədə kifayət qədər böyük nüfuzum var. Seçki kampaniyamda seçicilər məni o qədər gözəl qarşılayırdılar ki! Amma Ülviyyə Ağayeva heç görüş də keçirə bilmirdi. Çünki o, rusdilli idi Görüşünə çox az adam gəlirdi”.

O, bundan sonra daha deputat olmaq istəmədiyini bildirib: “Seçkilər saxtalaşdırıldı. Mən daha deputat olmaq istəmirəm”.

İqbal Ağazadə bildirib ki, əllərində onun qalib olmasına dair protokollar var. “Əlimizdə  protokollar var, mən qalib gəlmişəm. Araz Əlizadənin məntəqələrdə 5 səsi var. Rəsmi nəticələr mənim xeyrimədir”.

Ana səhifəXəbərlərİlyas İsmayılov və İqbal Ağazadə yeni parlamentdən kənarda qaldılar