İlqar Nəsibovun döyülməsi faktı üzrə cinayət işi hələ də açılmayıb

“Türkiyəli həkimlər İlqarın səhhətinin tez bərpa olunmasından təəccübləniblər”

Source:


“Türkiyəli həkimlər İlqarın səhhətinin tez bərpa olunmasından təəccübləniblər”

Hüquq müdafiəçisi İlqar Nəsibov Türkiyədə müayinə olunduqdan sonra sentyabrın 1-də Naxçıvana dönüb.

Onun xanımı, QHT və Demokratiyanın İnkişafı Resurs Mərkəzinin rəhbəri  Məlahət Nəsibova “Turan İA”-a bildirib ki, Van şəhərinin Tibb Universitetinin hospitalında müayinə aparılıb.

“Həkimlər belə ağır zədələrdən sonra İlqarın səhhətinin tez bərpa olunmasından təəccübləniblər” – deyə M.Nəsibova bildirib.

Türkiyəli həkimlər üz nahiyəsində sınıqların olduğunu, döş qəfəsinin və qabırğanın zədələndiyini bildiriblər. Xoşbəxtlikdən daxili orqanlar zədələnməyib.

İlkin mərhələdə müalicənin düzgün aparıldığını qeyd edən həkimlər bərpaedici terapiyanın davam etdirilməsini məsləhət biliblər. İlqarın üzünün zədələnmiş sağ hissəsində keyləşmə müşahidə olunur.

M.Nəsibova bildirib ki, indiyədək İlqarın döyülməsi faktı üzrə cinayət işi açılmayıb, polis inzibati araşdırma aparır.

İlqar Nəsibov avqustun 21-də axşam QHT və Demokratiyanın İnkişafı Resurs Mərkəzində vəhsicəsinə döyülüb. Yerli və demokratik ictimaiyyət bu vəhşilik aktına etirazını bildirərək bunu Naxçıvandakı qanun pozuntularının açıqlanması üçün qisas kimi qiymətləndiriblər. Lakin hüquq-mühafizə orqanları insidentin məişət zəminində baş verdiyini bildiriblər, heç cinayət işi də qaldırmayıblar.

Ana səhifəXəbərlərİlqar Nəsibovun döyülməsi faktı üzrə cinayət işi hələ də açılmayıb