İlqar Məmmədovun vəkili Ali Məhkəməyə müraciət edib

REAL Partiyasının sədrinə tam bəraət verilməsi istənilir

Source:
İlqar Məmmədov
İlqar Məmmədov


REAL Partiyasının sədrinə tam bəraət verilməsi istənilir

Vəkil Fuad Ağayev REAL Partiyasının lideri İlqar Məmmədovun işilə bağlı Şəki Apelyasiya Məhkəməsinin 13 avqust tarixli son qərarından kassasiya şikayətini Ali Məhkəməyə təqdim edib.

Bu barədə məlumatı vəkil Fuad Ağayev “Facebook” səhifəsində paylaşıb. O, deyib ki, şikayətdə İlqar Məmmədova tam bəraət verilməsi məsələsi qoyulur.

İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Avropa İnsan Haqları Məhkəməsi iki dəfə bunun əsassız olması haqqında qərar qəbul edib.

Azərbaycan Ali Məhkəməsinin plenumu 2018-ci il iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarlarını ləğv edib və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.


Avqustun 13-də

Şəki Apelyasiya Məhkəməsi ReAL Partiyasının lideri İlqar Məmmədova iki il sınaq müddəti ilə şərti cəza kəsməklə, məhkəmə zalından azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

Ana səhifəXəbərlərİlqar Məmmədovun vəkili Ali Məhkəməyə müraciət edib