İlqar Məmmədov əfv ərizəsi yazmayacaq

O, NİDA fəallarının əfvlə bağlı dövlət başçısına müraciətlərini pisləməməyə çağırıb

Source:


O, NİDA fəallarının  əfvlə bağlı dövlət başçısına müraciətlərini pisləməməyə çağırıb

REAL Hərəkatının lideri İlqar Məmmədov əfvlə bağlı müraciət etməyəcək. Bu barədə o, noyabrın 2-də 2 saylı Cəzaçəkmə Müəssisəsində ona baş çəkməyə gedən tərəfdaşlarına bildirib.

REAL Hərəkatı İdarə Heyətinin üzvü Azər Qasımlı özünün Facebook səhifəsində yazıb ki, noyabrın 2-də Erkin Qədirli və Natiq Cəfərli ilə birlikdə İ.Məmmədova baş çəkiblər. Onlar 3 saat ərzində bütün məsələləri ətraflı müzakirə ediblər.

İ.Məmmədov NİDA fəallarının  əfvlə bağlı dövlət başçısına müraciətlərini pisləməməyə çağırıb. İ.Məmmədov hesab edir ki, müraciət etmək istəyən (əfvlə bağlı) hüquq müdafiəçiləri, QHT rəhbərləri, gənc fəallar heç bir tərəddüd etmədən bunu edə bilər.

“Onlar özlərini qorumalıdırlar və siyasi rejimin qurbanına çevrilməməlidirlər. Belə ki, bu ölkəyə lazımdırlar. Əsas odur ki, daxilən sındırılmayasan”, –  İ.Məmmədov belə deyib.

Eyni zamanda İ.Məmmədov bildirib ki, siyasi təşkilatın rəhbəri kimi bu cür müraciət etməyəcək və əfv ərizəsi yazmayacaq.

İlqar Məmmədov 2013-cü ilin yanvarında baş vermiş İsmayıllı hadisələri ilə əlaqədar iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi onun hüquqlarının pozulduğunu tanıyıb və onun azadlığa buraxılmasına çağırıb. Avropa Şurası dəfələrlə Bakını Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə və İ.Məmmədovu azad etməyə çağırıb. Lakin Azərbaycan hakimiyyəti bu çağırışlara məhəl qoymayıb.

Ana səhifəXəbərlərİlqar Məmmədov əfv ərizəsi yazmayacaq