İlham Şaban: Qaz problemi okytabrın sonunadək davam edəcək

”Bunu cəmiyyətin hökumətə dəstəyi kimi qiymətləndirərdim”

Source:
İlham Şaban foto sosial şəbəkə

”Bunu cəmiyyətin hökumətə dəstəyi kimi qiymətləndirərdim”

Temperaturun aşağı düşməsi, havanın soyuq və yağmurlu keçməsi əhalinin mavi yanacağa və enerjiyə tələbatını artırıb. Ancaq ölkə əhalisi mənzillərə qazın verilməməsindən, yaxud da zəif verilməsindən şikayətçidir. Bu barədə sosial şəbəkələrdə və KİV-də məlumatlar verilir. “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin sözlərinə görə, hazırda temperaturun qəfil düşməsi nəticəsində bəzi ərazilərdə qazın təzyiqində azalmalar baş verib:“Hansı ərazilərdə bu problemlər yaşanırsa, “Azəriqaz” əməkdaşları orada tənzimləmə işlərini həyata keçirir və problem aradan qaldırılır”.

Problemi öz “Facebook” səhifəsində şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyir ki, bunun sadə bir izahı var: “Əslində bu gün həm SOCAR-ın Neft və Qaz Çıxarma İdarələrindən, həm AÇG, həm də “Şahdəniz”dən ölkənin daxili bazarı üçün alınan qaz yetərincədir. Sadəcə, bu qaz həcmlərinin yarısı verilir energetiklərə ki, onu işığa çevirsinlər, sutkalıq 15-16 mln m3 qaz da vurulur yeraltı qaz anbarlarına ki, qışda problemsiz qaz təminatını ölkə həll edə bilsin və yerdə qalan hissə daxili bazarın ehtiyaclarının ödənilməsinə sərf edilir. Temperatur düşəndə təbii ki, qaz sərfiyyatı artır: kimi qaz plitəsini daim birləşdirir, kimi elektrik qızdırıcılarını (buda son nəticədə istilik elektrik stansiyalarında qaz sərfiyyatını artırır), kimi də kombini. Ancaq VİNTİl şəhərimizə və ya qəsəbəmizə bir dövriyyə üçün açılır. Hələ qış rejiminə keçid baş verməyib. Ona görə də paylaşanda şəbəkədə qaz sadəcə zəif gəlir – bu obyektiv bir səbəbdir”.

Ana səhifəXəbərlərİlham Şaban: Qaz problemi okytabrın sonunadək davam edəcək